Çərşənbə , Aprel 24 2024
azfa

Erməni təcavüzünü pislədiyinə görə İranın həbs etdiyi fəallar aclıq aksiyasıa başladı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Ermənistanın Azərbaycan şiələrinin ərazilərinə hərbi hücumunu pislədiklərinə görə İranın yaxaladığı azərbaycanlı fəallar Rəsul Rəzəvi, Əkbər Mühaciri və Hüseyn Məhəmmədian dünəndən bu yana qanunsuz tutulmalarına və vəhşicəsinə işgəncə edildiklərinə görə rejimin Təbrizdəki zindanında aclıq aksiyasına başlayıblar.

Azərbaycanlı fəallar oktyabrın 17-də Güney Azərbaycan şəhərlərində İranın Ermənistana silah-susat daşıdığı Nurduz Gömrük Məntəqəsinin bağlanması ilə bağlı etirazlara hazırlaşarkən etiraz aksiyasında bir gün əvvəl rejimin təhlükəsizlik qüvvələri tərəfindən öz evlərində yaxalanıblar.  Azərbaycanlı fəallar vəhşicəsinə ermənipərəst İran rejimi tərəfindən işgəncə edildikləri üçün sağlıq durumlarının ağır olduğu bildirilir.

Qeyd edək ki, İranın molla rejimi əsil antiislam və Qriqoryan Respublikası olduğunu sübut etmək, eləcə də müsəlman azərbaycanlıların uşaqlarını qətliam etdirmək üçün işğalçı Ermənistanı silah-sursatla və onların tankları və təyyarələrini yanacaqla təmin edir. Bu isə haqq-ədalət tərəfdarı olan insanların narazılığına səbəb olur.

Həmçinin yoxlayın

İran mediası Azərbaycana qarşı təbliğatı davam etdirir

GADTB: Tinn.ir saytı “Müqəddəs Sarkis kilsəsindən Zəngəzur dəhlizinə fərqli və şok edici etiraz” adlı  qərəzli …

Molla rejimi Təbrizin Səhənd stadionuna qadınların girişinə qadağa qoydu

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, irqçi fars-molla rejimi Təbrizin Səhənd stadionuna qadınların  girişinə …

Bir cavab yazın