Cümə , Aprel 19 2024
azfa

Erməni təcavüzünü pislədiyinə görə rejimin Ciral parkında yaxaladığı fəallar Ərdəbil zindanına köçürülüb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Ermənistanın şiə ölkəsi Azərbaycana hərbi təcavüzünü pislədiyinə görə antiislam Xamenei rejiminin Ciral Pakında yaxaladığı azərbaycanlı milli fəallardan 8 nəfəri rejimin Ərdəbildə yerləşən mərkəzi həbsxanasının müvəqqəti saxlama təcridxanasına köçürülüblər.

Həmin fəallar Əsgər Əkbərzadə, Əli Xeyrcu, Meysəm Culani, Murtuza, Müctəba və Mustafa Pərvin, Mehdi Huşmənd və Bəhmən Xeyrcudur.

Fəalların Ərdəbilin Şaməsbi bölgəsində yerləşən sözügedən təcridxanaya köçürülmə prosesi dünən baş tutub.

Qeyd edək ki, İranın molla rejimi əsil antiislam və Qriqoryan Respublikası olduğunu sübut etmək, eləcə də müsəlman azərbaycanlıların uşaqlarını qətliam etdirmək üçün işğalçı Ermənistanı silah-sursatla və onların tankları və təyyarələrini yanacaqla təmin edir. Bu isə haqq-ədalət tərəfdarı olan insanların narazılığına səbəb olur.

Həmçinin yoxlayın

Rafael Qrossi İranın nüvə silahı yaratmağa çox yaxınlaşdığını deyir

GADTB: Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Rafael Qrossi dünən Vyanada Almaniyanın ARD dövlət televiziyasına …

Molla rejimin həbs etdiyi tanınmış azərbaycanlı fəal Pərviz Siyabini məzuniyyətə göndərib

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, irqçi fars-molla rejimi həbs etdiyi Güney Azərbaycan Milli …

Bir cavab yazın