Erməni təcavüzünü pisldiyinə görə Ərdəbilin Ciral parkında İranın yaxaladığı fəallar yenidən məhkəməyə aparılıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Ermənistanın şiə ölkəsi Azərbaycana hərbi təcavüzünü pislədiyinə görə antiislam Xamenei rejiminin Ciral Pakında yaxaladığı azərbaycanlı milli fəallardan bəziləri yenidən məhkəməyə çağırılıblar.

Azərbaycanlı fəallar Pərviz Siyasi, Hüseyn Balaxani, Əsgər Əkbərzadə, Müctəba Pərvin, Mehdi Huşmənd, Səccad Culani, Hamed Heydəri Baris, Murtuza Pərvin, Bəhmən Xeyrcu, Mustafa Pərvin, Məhəmməd Culani və Səccad Bəxşiyə bir müddət əvvəl elektron bildiriş göndərilmişdi ki, onlar noyabrın 18-də Ərdəbilin Ümumi və İnqilab Məhkəməsinin 10-cu şöbəsində olsunlar.

Azərbaycanlı fəallardan 6 nəfəri yəni Müctəba, Murtuza və Mustafa Pərvin, Mehdi Huşmənd, Səccad Culani və Məhəmməd Culani dünən səhər saat 10-da məhkəməyə gediblər.

Lakin burada hakim Babək Nounəhalın qəribə davranışı ilə rastlaşıblar. O, fəallara bildirib ki, onların məhkəməyə çağırılması ilə bağlı məlumatı yoxdur. Məhkəmənin katibi isə fəallara onlara qarşı çıxarılmış mülki vəsiqə qərarının 500 milyon tüməndən 450 milyona endirildiyini deyib.

Fəallar bu qərara etiraz edərək, məbləğin elə də fərqlənmədiyini deyib və bununla əlaqədar sənədi imzalamaqdan imtina ediblər.

Qeyd edək ki, sentyabrın 29-da Ərdəbilin Ciral parkında Ermənistanın Azərbaycana hərbi təcavüzünü pislədiyi və Qarabağın azadlığı uğrunda Azərbaycanın keçirdiyi əməliyyatlara dəstək məqsədilə təşkil edilmiş aksiyada iştirakına görə bir çox azərbaycanlı fəal ermənipərəst İran rejimi tərəfindən vəhşicəsinə döyülərək həbs edilib.

İranın molla rejimi əsil antiislam və Qriqoryan Respublikası olduğunu sübut etmək, eləcə də müsəlman azərbaycanlıların uşaqlarını qətliam etdirmək üçün işğalçı Ermənistanı silah-sursatla və onların tankları və təyyarələrini yanacaqla təmin edir. Bu isə haqq-ədalət tərəfdarı olan insanların narazılığına səbəb olur.

Həmçinin yoxlayın

Zərşuran kəndində əhali etiraza qalxıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, Qərbi Azərbaycan əyalətinin Zərşuran kəndində azərbaycanlı əhali martın …

İran Araz çayının radiasiya ilə çirklənməsini inkar edir

GADTB: “Arsheh Online” saytı xəbər verir ki, Araz çayı çirklənib və Ərdəbil əyalətin xərçəng xəstəliyinə …

Bir cavab yazın