Çərşənbə , Aprel 24 2024
azfa

Ermənilərin türk ölkəsi Başğırtıstanı səssiz işğalına etiraz

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, ermənilər Rusiyanın himayəsi ilə Başğırtıstanı səssiz işğal etməyə çalışırlar. Bu isə başqırd türklərinin etirazı ilə qarşılaşıb.

Ufalı ictimai fəal və bloger Ramila Saitova Axar.az-a bu barədə deyib ki, Cabarov və Avetisyan adlı iki şəxs mənim barəmdə prokurorluğa şikayət edib. Onlar bəyanatda videonun məzmununda ermənilərin təhqir edildiyini bildiriblər. Avetisyanı “Vahid Rusiya” fraksiyasının rəhbəri Rüstəm İşmuxametov dəstəkləyib.

Başqırdıstanda ermənilərin hökmranlığına və özbaşınalığına qarşı çıxan ufalı ictimai fəal və bloger Ramila Saitova həbs edilməsi ilə bağlı danışarkən bu barədə məlumat verib.

Onun sözlərinə görə, Cabarov və Avetisyan zərərçəkmiş kimi təqdim olunur, lakin icraçı tərəf bunu qəbul etməyib və onları çağırmayıb:

“Zərərçəkmişin gəlmədiyi məhkəmə isə etibarsız sayılır. Mübarizəmin qarşısını almaq istəyənlər olub, indi də var. Təbii ki, bunlar videolarımda həyasızlıqları barədə dəfələrlə bəhs etdiyim insanlardır”.

R.Saitova qeyd edib ki, həbsdə ona hörmətlə yanaşırlar, lakin 10 gündən sonra sərbəst buraxılmama təhlükəsi var:

“Bu, ümumi qəbul edilmiş bir təcrübədir, 10 gün həbs müddəti ərzində bəzi başqa inzibati və ya cinayət işləri qaldırılır və nəticədə sərbəst buraxılmırsan.

Aclıq aksiyası davam edir. Bilirəm ki, 30 gün aclığa tab gətirəcəyəm, amma bunun ölümlə sonlanacağını düşünürəm. Bu, azadlıq və ölüm şüarıdır. Özümü yaxşı hiss etmirəm, amma aclıq aksiyasını dayandırmaq fikrində deyiləm. Azadlıq və ya ölüm!”

Xatırladaq ki, bu ilin iyul ayında Saitova Yutub kanalında “Başqırdıstanda bu qədər erməni hardandır?” başlığı ilə bir video yayımlayıb. Sosial şəbəkələrdə videonun yaratdığı rezonansdan sonra blogerə təhdidlər ünvanlanıb, bir müddət sonra isə rəhbər vəzifələri ermənilərə məxsus olan məhkəməyə çağırılıb. O, 10 gün müddətinə azadlıqdan məhrum edilib.

Məhkəmə qərarını qərəzli hesab edən Ramila Saitova Başqırdıstanda ermənilərin hökmranlığına və özbaşınalığına qarşı aclıq aksiyasına start verib.

Həmçinin yoxlayın

İran mediası Azərbaycana qarşı təbliğatı davam etdirir

GADTB: Tinn.ir saytı “Müqəddəs Sarkis kilsəsindən Zəngəzur dəhlizinə fərqli və şok edici etiraz” adlı  qərəzli …

Molla rejimi Təbrizin Səhənd stadionuna qadınların girişinə qadağa qoydu

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, irqçi fars-molla rejimi Təbrizin Səhənd stadionuna qadınların  girişinə …

Bir cavab yazın