Cümə axşamı , Mart 28 2024
azfa

Ermənistanın hərbi təcavüzübü pislədiyinə görə İranın hədələdiyi Əhməd Yavəri yoxa çıxıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Ermənistanın Azərbaycana hərbi təcavüzübü pislədiyinə görə İranın hədələdiyi azərbaycanlı milli- mədəni fəal Əhməd Yavəri iki gün öncədən etibarən Təbrizdə yoxa çıxıb.

Fəalın ailəsi həmin vaxtdan etibarən Əhməd Yavəriyə dəfələrlə zəng vursalar da, o, heç bir zəngə cavab verməyib, eləcə də özü də ailəsi ilə heç bir əlaqə saxlamayıb.

Güney Azərbaycanın əksər şəhərlərində Ermənistanın Azərbaycana hərbi təcavüzübü pisləmək və Azərbaycan Ordusunun Qarabağın azadlığı uğrunda keçirdiyi hərbi əməliyyatlara dəstək məqsədilə keçirilən aksiyalardan sonra Əhməd Yavəri dəfələrlə rejimin Təbrizdə yerləşən ETTELAAT İdarəsinə çağırılaraq hədələnmişdir.

Azərbaycanlı fəalın ermənipərəst İran rejiminin təhlükəsizlik orqanları tərəfindən oğurlandığı bildirilir.

Qeyd edək ki, İranın molla rejimi əsil antiislam və Qriqoryan Respublikası olduğunu sübut etmək, eləcə də müsəlman azərbaycanlıların uşaqlarını qətliam etdirmək üçün işğalçı Ermənistanı silah-sursatla və onların tankları və təyyarələrini yanacaqla təmin edirdi. Bu isə haqq-ədalət tərəfdarı olan insanların narazılığına səbəb olur.

Oktyabrın 1-də Güney Azərbaycanın əksər şəhərlərində, o cümlədən də Təbriz, Tehran, Qoşaçay, Xiyov, Urmiya, Zəncan, Ərdəbil və s. şəhərlərində on minlərlə insanın iştirakı ilə İranın işğalçı Ermənistana silah göndərilməsinin dayandırılması məqsədilə və Qarabağda erməni işğalçılarına qarşı başladılan uğurlu hərbi əməliyyatlara dəstək aksiyaları keçirilib. Ermənipərəst İran rejimi aksiyalarda 100-dən çox azərbaycanlı fəalı həbs edilib. Lakin Güney azərbaycan dirənişə ciddi-cəhdlə davam edib və 100 minlərlə insan İranın Antiazərbaycan mövqeyinə etirazlarını davam etdiriblər. Nəticədə İran rejimi sözdə də olsa geri addım atmağa məcbur oldu.

Həmçinin yoxlayın

Qərbi Azərbaycan İcması İrəvanı Fransanın oyunlarına getməməyə səslədi

GADTB: Qərbi Azərbaycan İcması Ermənistan hökumətini və ictimaiyyətini tarixdən dərs çıxararaq, Fransanın oyunlarına getməməyə çağırıb. …

Güney Azərbaycanda molla rejimin insan haqlarının pozmasına dair illik hesabat yayıldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, azərbaycanlı fəallar və Abbas Lisani adına açılmış sosial …

Bir cavab yazın