Cümə axşamı , Aprel 25 2024
azfa

Ermənistanın hərbi təcavüzünü pislədiyinə görə İran Hüseyn Əmirhicrini Təbrizdə yaxaladı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, ermənipərəst İran rejim   Ermənistanın Azərbaycan ərazilərinə hərbi təcavüzünü pislədiyinə görə azərbaycanlı milli-mədəni fəal və Qarabağ istixanasının qurucusu Hüseyn Əmirhicrini Təbrizdə həbs edib.

Azərbaycanlı fəal oktyabrın 16-da atasının vəfatının il dönümü mərasimində iştirak edən zaman saxlanılıb. Rejimin təhlükəsizlik qüvvələri həbsinə dair heç bir məhkəmə qərarı göstərmədən onu həbs edərək naməlum istiqamətdə aparıblar.

Hüseyn Əmirhicrinin yaxalanmasından 2 gün keçməsinə baxmayaraq hələ də harda saxlandığı barədə məlumat verilmir.

Qeyd edək ki, Ermənistanın Azərbaycan ərazilərinə hərbi təcavüzünü pisləmək və Azərbaycan ordusuna dəstək olmaq, eləcə də Nurduzun bağlanmasını tələb etmək məqsədilə yayılan çağırışlardan sonra rejim Güney Azərbaycanda fəalları kütləvi şəkildə həbs edib.

Həmçinin yoxlayın

Türk ölkələri Azərbaycan-Qırğızıstan arasında mühüm sənədlər imzalandı

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, aprelin 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və …

Molla rejimi pulsuz bilet bəhanəsi ilə Traxtur komandslnl cərimələndi

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, dünən İranın Futbol Federasiyasının İntizam Komitəsi Güney Azərbaycanın …

Bir cavab yazın