Etiraz olaraq gitarasını yandıran azərbaycanlı müğənni artıq konsert verəcək – Video

GADTB-nin Mətbuat Mərkəzinin əldə etdiyi məlumata görə, Güney Azərbaycanın tanınmış müğənnisi Peyman Keyvani konsert proqramına hazırlaşır.

Bu barədə Kult.az-a açıqlama verən müğənni konsertin dekabrın 14-də Ərdəbildə baş tutacağını bildirib:

“13 gündən sonra Ərdəbildə, “Fədək” zalında konsertim baş tutacaq. Bu konsert ikinci rəsmi konsertimdir. İnşallah, tezliklə Bakıda da konsert proqramı ilə çıxış edəcəm”.

Qeyd edək ki, müğənninin 25 noyabrda keçirilməsi planlaşdırılan konserti ləğv edilmişdi. O, konsertinin ləğv edilməsinə İnstaqram hesabında sərt reaksiya vermiş, gitarasını yandıraraq videosunu yayımlamışdı. Bir müddət bundan əvvəl isə “Yalan dünya” adlı mahnısını dinləyicilərinə təqdim edib.

Həmçinin yoxlayın

Traxturun xanım tərəfdarları stadiona gələ biləcək

GADTB: Şərqi Azərbaycan əyalətində Traxtur futbol komandasının qadın tərəfdarlarının  stadiona girişinə icazə verilib Bu haqda …

Azərbaycanlı fəal Əhəd Seyfxah zaminə buraxıldı

GADTB: Azərbaycanlı milli fəal Ayaz Seyfxahın qardaşı Əhəd Seyfxah dünən Təbrizin mərkəzi zinanından istintaq prosesinin …

Bir cavab yazın