Çərşənbə , Aprel 24 2024
azfa

Etirazlarda ən azı 9 dini mədrəsə və mollaxana yandırıldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin zülmündən bezib etiraza qalxan əhali müxtəlif şəhərlərdə 9-dan çox mollaxana və yüzlərlə polis idarəsi, bank və dövlət müəssisəsi binasını yandırıblar.

Əhvaz şəhərindəki İmam Mehdi dini təhsil mərkəzi yandırılıb. Xuzistan dini təhsil mərkəzi də bəsic qüvvələrinin qarşıdurması səbəbindən mərkəzə girə bilmədiklərini bildirib. Karacin kompusundakı “Kosar” qadın dini təhsil mərkəzinin də etirazçılar tərəfindən atəşə tutulduğu qeyd edilib.

Şənbə günü isə İsfahanın “Zeynəbiyyə” mollaxanasının yandırılması ilə bağlı video yayımlanmışdı.

Qeyd edək ki, Şiraz şəhərində “Xatəm Əl-Ənbiya” dini mədrəsə və Kazerun şəhərindəki “Saliyiyye Məktəb Əl-sadeq” mədrəsəsinə də hücum edilmiş və yandırılmışdı. Tehranın qərbindəki Qüds şəhərində Mosəlla və İmam cümə ofisinə, eləcə də Sədra, Xuzistan, Yəzd şəhərlərində imam cümələrin ofisinə hücumlar olduğu bildirilir.

Həmçinin yoxlayın

Türk ölkələri Azərbaycan-Qırğızıstan arasında mühüm sənədlər imzalandı

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, aprelin 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və …

Molla rejimi pulsuz bilet bəhanəsi ilə Traxtur komandslnl cərimələndi

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, dünən İranın Futbol Federasiyasının İntizam Komitəsi Güney Azərbaycanın …

Bir cavab yazın