Etirazlardan sonra rejimin əlaltıları türk dilində kitab nəşr edən nəşriyyartların Kitab Sərgisinə qatılmasına icazə verdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, azərbaycanlıların etirazlarından sonra irqçi fars rejimin əlaltıları türk dilində kitab nəşr edən nəşriyyartların keçirilməsinə bir gün qalmış 17-ci Təbriz Kitab Sərgisinə qatılmasına icazə verməyə məcbur olub.

Sərgidə iştirakla bağlı “Onlayn Kitabçı” səhifəsi yazıb: “Azərbaycanlıların geniş etirazından sonra Təbriz Kitab Sərgisinin məsulları türk dilində kitab çap edən nəşriyyatlara povilyon verməyə başlayıb.”

Şərqi Azərbaycan İslami İrşad və Mədəniyyət İdarəsinin rəisi Məhəmməd Məhəmmədpur oktyabrın 20-də türk dilində kitab nəşr edən nəşriyyatların Təbriz Kitab Sərgisində iştirakına maneçilik yaradılmasını inkar etmişdir. O bu barədə demişdir ki, Təbriz Kitab Sərgisində iştirak etmək məqsədi ilə müvafiq saytda qeydiyyatdan keçən bütün nəşriyyatlar sərgiyə qatılacaq və onlara heç bir məhdudiyyət yoxdur.

Halbuki, bir müddət öncə türk dilində kitab nəşr edən nəşriyyatlara rejimin icazə vermədiyi məlum olmuşdur.

Həmçinin yoxlayın

Zərşuran kəndində əhali etiraza qalxıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, Qərbi Azərbaycan əyalətinin Zərşuran kəndində azərbaycanlı əhali martın …

İran Araz çayının radiasiya ilə çirklənməsini inkar edir

GADTB: “Arsheh Online” saytı xəbər verir ki, Araz çayı çirklənib və Ərdəbil əyalətin xərçəng xəstəliyinə …

Bir cavab yazın