Çərşənbə axşamı , Sentyabr 22 2020
azfa

Evin zindanında həbsdə olan azərbaycanlı siyasi məhbuslar: Dövlət televiziyasının yayımladığı reportaj gülünc və yalandır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Evin zindanının 8-ci bölməsində həbsdə saxlanılan azərbaycanlı siyasi məhbuslar həmin bölmədə olan 12 siyasi məhbusla birgə bəyanat yayaraq İranın dövlət televiziyasının zindandaki vəziyyət ilə bağlı yayımladığı reportajın “yalan və gülünc” olduğunu bildiriblər.

Rejimin Azərbaycan türkcəsinə görə həbs etdiyi Əlirza Fərşi, Behnam Şeyxi və Həmid Mənafi Nadarlı və Evin zindanında saxlanılan digər siyasi məhbuslar birgə bəyanat yayaraq, İranın dövlət televiziyasında yayımlanan reportajın tam əksinə Evin və İranın digər zindanlarında “sanitariya-gigiyena şəraitinin”, eləcə də məhbusların yaşayış şərtlərinin “acınacaqlı” olduğu bildiriblər.

Bəyanatı imzalayan şəxslər ictimaiyyəti bu məsələyə diqqət yetirməyə çağırıblar.

Qeyd edək ki, avqustun 10-da Tehran şəhərində yerləşən Evin zindanında məhbuslar arasında koronavirusun yayılması ilə bağlı 27 siyasi məhbus bu zindanın həyətində oturaq aksiya keçirmişdi.

Zindanın 8-ci bölməsində saxlanılan məhbuslar arasında COVİD-19 xəstəliyinin simptomları ortaya çıxdığından sonra bu korpusdakı 27 siyasi məhbus zindanın həyətində oturub və dərhal bu təcridxanadakı şərtlərə diqqət yetirilməsini tələb ediblər.

Avqustun 9-da Evin Zindanının 8-ci bölməsində 17 məhbusdan alınan koronavirus teslərin nəticələrini aldıqdan sonra 12 məhbusun koronavirusa yoluxduğu müəyyən edilmişdi.

Bunu təsdiqlədikdən sonra məhbuslar zindanın sağlamlıq mərkəzinə köçürülüb.

Evin zindanında həbsdə saxlanılan azərbaycanlı milli fəallardan Əlirza Fərşi, Behnam Şeyxi və Həmid Mənafi Nadarlı və bu zindnada saxlanılan digər siyasi məhbuslar; Behnam Musəvivənd, Behnam Məhcubi, Müsəyyib Rəisi Yeganə, Əmin Ləqayi, Əsgər Şiri, Ruhullah Xizri, Asbin Cəfəriyan, Sübhan Imani, Sina Salik, Əmir Rza Məhmudi, Hüseyn Məhmudi, Məhmud Əli Nəqi, Yasin Cəmali, Behruz Sultanlu, Mənuçehr Buluriyan, Arəş Şirzadi, Əhməd Farsi, Möhsün Fərid, Seyid Mehdi Müstəfəvi, Əliriza Xisrovcərbi, Əmir Hüseyn Mir Xəlili, Mürtəza Kərimi, Murtaza Purəli və Məhəmməd Hadi Mehrani etiraz edən 27 məhbus arasındadır. Onlar həbsxanadakı vəziyyətin dərhal yaxşılaşmasını tələb ediblər.

Bu oturaq aksiyası nəticəsində Evin zindanının 8-ci bölməsinin başçısı Bağiri etirazçı məhbuslara deyib ki, “etirazınız və narahatlığınızın haqlı olduğunu bilirəm, ancaq otaqların çox kiçik olması səbəbindən bu zindanada sağlamlıq protokollarını və sosial məsafəni tətbiq etmək mümkün deyil.”

Məhbuslara görə, məkanların darlığından əlavə bu kompleksdə maskalar, əlcəklər və dezinfeksiyaedici mayelər kimi sanitariya qurğularının olmaması bu ölümcül virusun onlar arasında yayılmasına səbəb olub.

Məhbusları bir neçə gün əvvəl ailələri ilə telefon təmaslarında şiddətli qızdırma və titrəmələri olduğu, eləcə də iy və dad hisslərini itirdiklərini bildirmişdir.

Rejin televiziyası bundan sonar reportaj hazırlayaraq reallıqları pərdələməyə çalışmışdır.

Həmçinin yoxlayın

İran terror qruplaşmasını qismən silahlandırdığını etiraf etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran ordusunun Baş Qərargahının sözçüsü Əbülfəzl Şikarçı Yəməndə …

Qazaxıstanda Azərbaycan ziyalıları Haqveriyev və Hacıbəyli ilə bağlı beynəlxalq konfrans keçiriləcək

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, türk ölkəsi Qazaxıstanda azərbaycanlı ziyalı və sənətkarlar Əbdürrəhim …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir