Fəalların Müctəba Pərvinlə görüşündə Rəhim Qulamının vəziyyətindən nigaranlıq bildirildi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, bu gün bir qrup azərbaycanlı fəal həbsxanadan yenicə çıxan azərbaycanlı milli-mədəni fəal Müctəba Pərvinin görüşüblər.

Fəalların görüşü dekabrın 16-da Ərdəbildə fəalın ata evində baş tutub.

Həbsdən çıxan Müctəba Pərvin görüş zamanı Ərdəbil zindanının 1-ci bölməsində bir illik həbs cəzasını çəkməkdə olan azərbaycanlı fəal və yazıçı Rəhim Qulaminin sağlıq durumu barədə öz nigaranlığını bildirib.

Qeyd edək ki, azərbaycanlı fəal 3 aylıq həbs cəzasını çəkdikdən sonra dekabrın 15-də rejimin Ərdəbildə yerləşən zindanından azadlığa çıxıb.

Həmçinin yoxlayın

Traxturun xanım tərəfdarları stadiona gələ biləcək

GADTB: Şərqi Azərbaycan əyalətində Traxtur futbol komandasının qadın tərəfdarlarının  stadiona girişinə icazə verilib Bu haqda …

Azərbaycanlı fəal Əhəd Seyfxah zaminə buraxıldı

GADTB: Azərbaycanlı milli fəal Ayaz Seyfxahın qardaşı Əhəd Seyfxah dünən Təbrizin mərkəzi zinanından istintaq prosesinin …

Bir cavab yazın