FAO Urmiya gölü ilə ilə bağlı seminar keçirdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Birləşmiş Millətlər Təşkilatının Qida və Kənd Təsərrüfatı Təşkilatı olan FAO Urmiya gölü ilə bağlı “Urmiy gölündə su ehtiyatlarının davamlı idarə edilməsi üzrə vahid proqram” layihəsi çərçivəsində seminar keçirib.

FAO-nun yaydığı məlumata görə, seminar Birləşmiş Millətlər Təşkilatının Qida və Kənd Təsərrüfatı Təşkilatının, İranın Energetika Nazirliyinin, Kənd Təsərrüfatı Cihadı Nazirliyinin, Meteorologiya Təşkilatı, Quraqlığın Milli Monitorinqi və Xəbərdarlıq Mərkəzi, Urmiya Gölünün Bərpası Qərargahının, Şərif Texnologiya Universiteti və İran Elm və Texnologiya Universiteti ekspertləri və mütəxəssislərinin iştirakı ilə Meteorologiya və Atmosfer Elmləri İnstitutunda keçirilib.

Seminarda quraqlıq indeksini hazırlanması ilə bağlı lazımi məsələlər müəyyənləşdrilib və gölün qurumasına təsir göstərən amillər müzaklirə edilmişdir.

Həmçinin FAO-nun torpaq ehtiyatlarının idarə edilməsi üzrə baş mütəxəssisi Gianluka Françeskini həyata keçirilən fəaliyyət və tədbirlər haqqında deyib: “Bu gün quraqlığın qiymətləndirməsi, eləcə də quraqlığın ölçülməsi ilə bağlı ik nəticələr təqdim edilib və müzakirə olunub.

O bildirib ki, bu, meteoroloji, kənd təsərrüfatı və hidroloji quraqlığın müxtəlif aspektləri barədə bu məlumatları verən İranın ilk əməkdaşlığıdır.

Həmçinin yoxlayın

Təbrizin tarixi bazarında restoran və kafelər bağlandı

 GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, son bir neçə gündə Təbrizin tarixi bazarında fəaliyyət …

Qərbi Azərbaycan İcması İrəvanı Fransanın oyunlarına getməməyə səslədi

GADTB: Qərbi Azərbaycan İcması Ermənistan hökumətini və ictimaiyyətini tarixdən dərs çıxararaq, Fransanın oyunlarına getməməyə çağırıb. …

Bir cavab yazın