Cümə , Aprel 19 2024
azfa

Fars-molla rejimi koronavirusun tüğyan etdiyi dövrdə məktəb və məscidləri açmaqla xalqı qətliama sürükləyir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi koronavirusun tüğyan etdiyi dövrdə məktəb və məscidləri açmaqla xalqı qətliama sürükləyir. Artıq bu gündən məktəblər açılıb.

Məktəblərdə tədris bir ay müddətinə davam edəcək. XII sinif şagirdləri isə may ayının 30-dək dərslərdə iştirak edə bilərlər. İranda universitetlər isə iyun ayının 6-dan açılacaq.

Həsən Ruhani koronavirusla mübarizə üzrə qərargahın iclasında çıxışı zamanı deyib ki, Ramazan ayından sonra ölkədə fəaliyyət göstərən kafe və restoranlar xüsusi protokola əsasən fəaliyyətini bərpa edəcək.

O ali məktəblərə qəbul imtahanlarının da xüsusi protokol əsasında keçiriləcəyini vurğulayıb.

H. Ruhaninin sözlərinə görə, Ramazan ayından sonra İmam Rzanın ziyarətgahı və ölkədəki digər ziyarətgahlar məhdud şəkildə zəvvarların üzünə açılacaq. O qeyd edib ki, ziyarətgahların həyətləri səhər və axşam 3 saat olmaqla zəvvarlar üçün açıq olacaq. 

İclasda Ramazan bayramı namazının qılınması ilə bağlı da qərar qəbul edilib. Belə ki, məscidlərdə bayram namazının məhdud şəkildə qılınmasına icazə verilib.

Eyni zamanda, idman yarışlarının, o cümlədən futbol matçlarının tərəfdarsız keçirilməsinə də icazə verilib.

Rejim koronavirusun tüğyan etdiyi bir dövrdə belə qərar qəbul etməklə əhalinin həyatını ciddi təhlükəyə salmış olur.

Həmçinin yoxlayın

Molla rejimin həbs etdiyi tanınmış azərbaycanlı fəal Pərviz Siyabini məzuniyyətə göndərib

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, irqçi fars-molla rejimi həbs etdiyi Güney Azərbaycan Milli …

İsrail İranda bir sıra hədəfləri vurub

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, İsrail İsfahanda İranın nüvə proqramı ilə əlaqəli obyektlərdən, …

Bir cavab yazın