Şənbə , Aprel 20 2024
azfa

Fars molla rejimi regionu koronavirusa bulaşdırandan sonra Azərbaycan sərhədi bağlayıb, uçuşları dayandırdı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars molla rejiminin terrorçu sepah qurumu Çinə uçuşlar təşkil etməklə koronavirusu Quma, oradan isə karantinə mane olmaqla bütü regiona bulaşdırmaqla və milyonlarla insanı ölümlə üz-üzə qoyub.  

Artıq mövcud epidemioloji vəziyyətlə əlaqədar Azərbaycan Respublikası da sərhədi bağladı. Hətta “Azərbaycan Hava Yolları” QSC (AZAL) İrana olan reyslərə bir sıra məhdudiyyətlər tətbiq edir. Bu barədə AZAL-ın açıqlamasında bildirilir.

Məlumatda deyilir ki, bu gündən aviaşirkətin aşağıbüdcəli törəməsi “Buta Airways”in Tehran-Bakı istiqaməti üzrə yerinə yetirilən reyslərinə yalnız Azərbaycan vətəndaşları, Bakı-Tehran reyslərinə isə yalnız İran vətəndaşları buraxılacaq. Yuxarıda qeyd olunan meyarlara cavab verməyən sərnişinlər aviabiletlərin geri qaytarılması üçün biletin alındığı kassaya müraciət edə, onlayn alındığı təqdirdə isə aviaşirkətin 24 saat işləyən çağrı mərkəzi – callcenter@butaairways.az ilə əlaqə saxlaya bilər.

Heydər Əliyev Beynəlxalq Aeroportunun müvafiq qurumları Dövlət Gömrük Komitəsi və Səhiyyə Nazirliyi ilə birlikdə İrandan gələn reyslərdə sanitar-karantin nəzarətini gücləndirib, bu istiqamətdə əlavə tədbirlər görüb.

Mövcud epidemioloji vəziyyətlə əlaqədar “Azərbaycan Hava Yolları” QSC İrana uçuşları dayandırır.

QSC-dən bildirilib ki, bu gün axşam “Buta Airways” aviaşirkəti Xomeyni adına hava limanından sərnişinsiz qayıdaraq Bakı-Tehran istiqaməti üzrə son “J2-9005” nömrəli reysini yerinə yetirəcək.

Həmçinin “İran Air” aviaşirkəti Heydər Əliyev Beynəlxalq Aeroportuna uçuşları dayandıracaq.

Həmçinin yoxlayın

İranın İraqdakı terrorçu qrupları ciddi hücuma məruz qaldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, İranın İraqdakı yetişdirdiyi terrorçu qrupları ciddi hücuma məruz …

İsrail 3 F-35 qırıcı təyyarəsi ilə İranda nüvə obyektini qoruyan raket sistemini vurub

GADTB: İsrail 3 F-35 qırıcı təyyarəsi ilə İranda nüvə obyektini qoruyan Hava Hücumundan Müdafiə sistemini …

Bir cavab yazın