Çərşənbə , Aprel 24 2024
azfa

Fars mütəmləkəçiliyinin nəticələrindən; Şərqi Azərbaycanın 760 kəndinə içməli su şəbəkəsi çəkilməyib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin Güney Azərbaycanda müstəmləkəçiliyinin dəhşətli nəticələri bütün sahələrdə özünü göstərir. Bu nəticələr o qədər dəhşətli olur ki, rejimin yerli rəsmiləri də etiraf etməyə məcbur olurlar.

Şərqi Azərbaycan valiliyinin kəndlər üzrə şöbəsinin müdiri Tağı Kərəmi 760 kəndinə içməli su şəbəkəsinə malik olmadığına etiraf edərək deyib ki, vilayətin 3077 kəndindən 2709 kənddə əhali yaşayır. Bu kəndlərin isə yalnız 72 faizi su şəbəkəsi ilə təchiz olunub.

Tağı Kərəmi iddia edib ki, son illərdə kəndlərdə zəruri infrastruktur yaradılır və nəticədə kənd əhalisinin şəhərlərə köç etməsinin qarşısının alınıb. Lakin rəsmi statistikalar göstərir ki, Güney Azərbaycanda kəndlərdə yaşayan əhali infrastrukturun olmaması, eləcə də iqtisadi problemlər üzündən ata-baba yurdunu tədricən tərk edir və işləmək üçün şəhərlərə köçürlər. Nəticədə hər il onlarla kənd əhalidən boşalır. Bu məsələ ilə əlaqədar artıq Şərqi Azərbaycan vilayətinin 368 kəndində yaşayış yoxdur.

Qeyd edək ki, belə acınacaqlı vəziyyət Güney Azərbaycanın digər vilayətlərində də mövcuddur.

Qərbi Azərbaycan vilayətinin Su idarəsinin rəisi Əlirza Rəzəvi bu vilayətin kəndlərinin əhalinin 24 faizinin keyfiyyətli içməli sudan məhrum olduğuna etiraf etmişdir. Zəncan, Ərdəbil, Həmədan və digər Güney Azərbaycan vilayətləri də bu sahədə acınacaqlı vəziyyətdədirlər.

Həmçinin yoxlayın

Türk ölkələri Azərbaycan-Qırğızıstan arasında mühüm sənədlər imzalandı

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, aprelin 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və …

Molla rejimi pulsuz bilet bəhanəsi ilə Traxtur komandslnl cərimələndi

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, dünən İranın Futbol Federasiyasının İntizam Komitəsi Güney Azərbaycanın …

Bir cavab yazın