Fars rasizminin rəsmi orqanı “İran” qəzeti Azərbaycanı hədəf almaqda davam edir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, fars irqçiliyini yayan İran rejiminin rəsmi qəzeti olan “İran” qəzetinin Azərbaycanın əsil sahiblərinin ermənilər, kürdlər və tatlar olmasını yazaraq, həqiqətləri təhrif etməsinə etirazlara baxmayaraq, nə qəzet, nə də məqalə müəllifi Azərbaycan türklərindən üzr istəməyiblər. Onlar Azərbaycanın türk millətinə qarşı düşmənçiliklərini davam etdiriblər.

Fars rasizmi və onun nökərlərinin bu yanaşmasından onların Azərbaycan türk millətinə qarşı qanlı düşmən olduqları açıq aydın sübut olunur. Fars rasistlərinin vicdandan və insanlıqdan uzaq qərəzli və anti-türk siyasəti o səviyyəyə çatıb ki, artıq mədəni etiraz da onları yerində oturtmur.

Bu həyasızlıq və qatı türk düşmənçiliyi sözsüz ki, hətta öz kimliyinə laqeyd olan hər bir Azərbaycan türkünü də özünə gətirməli və oyatmalıdır.

Artıq Azərbaycan türk millətinin müxtəlif vasitələrlər, o cümlədən sosial şəbəkələr və saytlarda etirazlarından, eləcə də Şərqi və Qərbi Azərbaycan valilərinin müavinlərinin etirazlarından sonra Universitet tələbələri və s. fəallar etiraz bəyanatları yayıb.

Həmçinin yoxlayın

Zərşuran kəndində əhali etiraza qalxıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, Qərbi Azərbaycan əyalətinin Zərşuran kəndində azərbaycanlı əhali martın …

İran Araz çayının radiasiya ilə çirklənməsini inkar edir

GADTB: “Arsheh Online” saytı xəbər verir ki, Araz çayı çirklənib və Ərdəbil əyalətin xərçəng xəstəliyinə …

Bir cavab yazın