Cümə , Aprel 19 2024
azfa

Fars və rus mediası kürd terrorçularının yalanlarının mətbuat orqanına çevrilib-Şəkil

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, PKK terror təşkilatı öz müttəfiqlərinin Menbiçdə törətdiyi partlayışa görə Türkiyənin əleyhinə qərəzli təbliğata başlayıb.

Terrorçuların yalan xəbərini isə İran televiziyası yayıb və məsələnin üstü açılandan sonra onlar özləri biabır olub.

İranın yalan xəbəri yaymasıyla terrorçuların cəfəngiyyatı deşifrə olub. Belə ki, PKK-ın yaydığı yalan xəbərdə “MİT-in əmri ilə Menbiçdə yeni terror aktı hazırlayan şəxsi yaxaladıq” sərsəmləməsi qeyd olunurdu.

PKK terror təşkilatının yalan təbliğatı Rusiyanın “Sputnik” agentliyində və İran Press TV-də yayımlanıb. Bu yalan xəbəri yayımlayan PKK terrorçuları həmin terror aktını törədən şəxsin “foto”sunu da xəbərə əlavə edib. Fotoda isə məşhur “Qurdlar vadisi” serialının qəhrəmanı Polad Ələmdar əks olunub.

Sosial şəbəkələrdə oxucular tərəfindən çoxsaylı iradlar gəldikdən sonra media qurumları xəbəri silmək məcburiyyətində qalıb.

Xatırladaq ki, Menbiçdə partlayışın məsuliyyətini İŞİD öz üzərinə götürüb. Mənbicdə bir kafedə törədilən partlayış nəticəsində 4 ABŞ əsgəri ölmüş, yaralananlar olmuşdu.

Həmçinin yoxlayın

Belçika, Niderland, İsveç və Çexiya da SEPAH-ı terror təşkilatları siyahısına əlavə etmək istəyirlər

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, Belçika, Niderland, İsveç və Çexiya da SEPAH-ı terror …

Türkiyə-Rusiya Birgə Mərkəzin fəaliyyəti dayandırılır

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, Ağdamda Türkiyə-Rusiya Birgə Mərkəzin fəaliyyəti dayandırılır Bu barədə …

Bir cavab yazın