Cümə axşamı , Aprel 25 2024
azfa

Farslar Wikipediada Azərbaycanın Xankəndi şəhərinin adını Stepanakert yazdılar-Şəkil

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Azərbaycana qarşı düşmən kəsilən irqçi farslar idarə etdikləri Wikipedianın farsca səhifəsində Azərbaycanın Qarabağ bölgəsinin Xankəndi şəhərinin adını Stepanakert yazıblar.

Onlar Wikipediada həmçinin Stepanakert yazdıqları Xankəndi şəhərini Artsax ərazisi kimi qələmə veriblər.

Qeyd edək ki, Qarabağın Xankəndi şəhəri hələ Azərbaycan ikiyə parçalanmadan Xankəndi adlandırılırdı. İndi də dünyanın heç bir ölkəsi farsların Artsax Respublikası kimi adlandırdıqları Azərbaycanın Dağlıq Qarabağ bölgəsini müstəqil ölkə hesab etmir və Xankəndini də Stepanakert kimi tanımır. Lakin irqçi farslar Azərbaycanla düşmənçilik edərək əllərinə fürst keçdikdə istər İran daxilində, istərsə xaricdə işğalçı ermənilərə dəstək olurlar.

İrqçi fars-molla rejiminin bir sıra şirkətləri, xüsusilə terroçu Sepahın Qarabağda bir sıra layihələr icra etdiyi də artıq gizlədilmir.

İranda həmçinin Azərbaycanın işğal olunmuş ərazilərinə səfərlərin təşkili ilə bağlı çoxlu tur şirkətlərinin də neçə il öncədən fəaliyyət göstərdiyi məlumdur və GADTB saytı dəfələrlə bu barədə məlumat yaymışdır.

Həmçinin yoxlayın

Avropa İttifaqı SEPAH-a qarşı qətnaməni qəbul etdi

GADTB: Cümə axşamı qəbul edilən qətnamədə Avropa Parlamenti üzvləri İranın İsrailə qarşı son pilotsuz təyyarə …

Ermənistan Təbrizdə konsulluq açacağını təsdiqlədi

GADTB: Ermənistanın Xarici İşlər Nazirliyi azərbaycanlıların tarixi paytaxtı Təbriz şəhərində Baş Konsulluq açacağı barədə xəbəri …

Bir cavab yazın