Cümə , Aprel 19 2024
azfa

FİFA Traxturu tərəfdar sayına görə dünya lideri elan etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, FİFA Güney Azərbaycanın “Traxtur” futbol komandası dünyada ən çox tərəfdara sahib komandası elan etdi.

FİFA ötən həftə ölkə çempionatlarında iştirak edən tərəfdarların sayı ilə bağlı araşdırma aparıb. Müəyyən edilib ki, Təbrizdə keçirilən “Traxtur”-“İstiqlal” oyununu 100 min nəfər izləyib.

Ötən həftə Avropada keçirilən ölkə çempionatlarında iştirak edən komandaların izləyicilərinin sayı isə budan az olub.

Almaniya çempionatında “Borussiya”-“Volfsburq” qarşılaşmasını 80 min 200, İspaniya çempionatında “Real Madrid”-“Sevilya” oyununu 70 min 375, İtaliya çempionatında “Flamenqo”-“Corinthions” qarşıdurmasını 64 min 985, İngiltərə çempionatında isə “Arsenal”-“Volverhampton” oyununu 60 min 383 azarkeş izləyib.

FİFA-nın cədvəlindən də göründüyü kimi, Güney Azərbaycanın “Traxtur” futbol komandası dünyada ən çox tərəfdara sahib olan komanda adını yenə qoruyub.

Həmçinin yoxlayın

Rafael Qrossi İranın nüvə silahı yaratmağa çox yaxınlaşdığını deyir

GADTB: Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Rafael Qrossi dünən Vyanada Almaniyanın ARD dövlət televiziyasına …

Molla rejimin həbs etdiyi tanınmış azərbaycanlı fəal Pərviz Siyabini məzuniyyətə göndərib

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, irqçi fars-molla rejimi həbs etdiyi Güney Azərbaycan Milli …

Bir cavab yazın