Fransanın Türkiyəyə qarşı düşmənçiliyi: Türkiyəni izləyir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Fransa hökumətinin Liviyada Türkiyənin fəaliyyətini izlədiyi iddia edilib.

“Yeni şəfəq” nəşri bu barədə yazır ki, Fransa hökuməti Liviyaya gedən Türkiyə gəmilərini izləyib məlumat toplamaq üçün “CAE Aviation” aviasiya firması ilə razılaşıb.

Qeyd edək ki, rəsmi Paris bu şirkətdən iki il əvvəl Liviyada istifadə edib. Şirkət casus təyyarələri ilə topladığı kəşfiyyat məlumatlarını Haftara çatdırır. Türk düşmənçiliyi zəminində Fransa, Rusiya, Yunanıstan, Misir, səudiyyə Ərəbistanı, cinayətkar Bəşar Əsəd, İran və Birləşmiş ərəb Əmirliyi üsyançı Haftarı qanuni hökumətə qarşı dəstəkləyirlər. Türkiyə isə Liviyanın qanuni hökumətinin müttəfiqidir.

Həmçinin yoxlayın

Traxturun xanım tərəfdarları stadiona gələ biləcək

GADTB: Şərqi Azərbaycan əyalətində Traxtur futbol komandasının qadın tərəfdarlarının  stadiona girişinə icazə verilib Bu haqda …

Azərbaycanlı fəal Əhəd Seyfxah zaminə buraxıldı

GADTB: Azərbaycanlı milli fəal Ayaz Seyfxahın qardaşı Əhəd Seyfxah dünən Təbrizin mərkəzi zinanından istintaq prosesinin …

Bir cavab yazın