Cümə , Aprel 19 2024
azfa

Fransanın Türkiyəyə qarşı Yunanıstanı dəstəkləməsində planları üzə çıxdı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Fransanın Türkiyəyə qarşı Yunanıstanı dəstəkləməsində məqsədinin Şərqi Aralıq dənizini işğal etmək olduğu ifşa olundu.

Aralıq dənizi Siyasəti Tətbiq və Araşdırma Mərkəzinin direktoru, dos. İsmail Şahin Fransanın Afina üzərindən Şərqi Aralıq dənizini ələ keçirmək istədiyini açıqlayıb.

İ.Şahin Fransanın Aralıq dənizi və Afrika arasında inşa ediləcək körpüdə yer almaq və Şərqi Aralıq dənizindəki enerji qaynaqlarını Afrikaya, eynilə Avropaya satmaq istədiyini bildirib.

O, Türkiyənin Sevilla xəritəsində qalmasını düşünən Fransanın Türkiyənin qətiyyətliliyi qarşısında bütün planlarının suya düşdüyünü və bu səbəbdən Türkiyəyə qarşı təcavüzkar mövqe nümayiş etdirdiyini söyləyib.

Avropanın çökdüyünü, Türkiyənin isə gücləndiyini deyən dosent, Birinci Dünya müharibəsində belə “Sevr” müqaviləsinin şərtlərini qəbul etmədiklərini, bunun indi də mümkün olmayacağını vurğulayıb.

Yunanların Meis adasına qoşunlarını yığmasının isə Türkiyəyə qarşı təxribat olduğu bildirlir.

Türkiyəli hərbi ekspert Coşqun Başbuğ bununla bağlı deyib: “Fransa mediasının yaydığı görüntülərdə siyasi oyunu açıq şəkildə görmək olur. Burada Fransa çalır, Yunanıstan oynayır. Meis adasına hərbi qüvvələrin toplanması simvolik olaraq Türkiyəyə qarşı təxribat xarakterli addımdır. Yunanıstan həmin adaya qoşunlarını tam yığsa, türk ordusu üçün oranı təmizləmək bir neçə dəqiqə vaxt aparar”.

Həmçinin yoxlayın

Türkiyə-Rusiya Birgə Mərkəzin fəaliyyəti dayandırılır

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, Ağdamda Türkiyə-Rusiya Birgə Mərkəzin fəaliyyəti dayandırılır Bu barədə …

Molla rejimi daha iki azərbaycanlı fəalı prokurorluğa çağırıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, irqçi fars-molla rejimi Güney Azərbaycan Milli Hərəkatının fəallarından …

Bir cavab yazın