Çərşənbə axşamı , Aprel 23 2024
azfa

Gənclər irqçi fars rejimin Bakıdakı Səfirliyi qarşısında aksiya keçirdi-Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, azərbaycanlı gənclər aksiyada irqçi fars rejimin həbs etdiyi milli-mədəni fəallara azadlıq tələb ediblər.

İyulun 10-da Milliyyətçi Gənclər Təşkilatı İranın Bakıdakı Səfirliyi qarşısında Güney Azərbaycanda həbs edilən Abbas Lisani və digər fəalların hüquqlarını müdafiə məqsədi ilə aksiya keçirib. Aksiya iştırakçıları İranda həbsə məhkum edilmiş milli fəallararın portretlərini, “Soydaşlarımıza azadlıq!”, “Cənubi Azərbaycan İran deyil!”, “Biz diri qalmaq istəyirik!” şüarları qaldırıb, “Azərbaycan bir olsun, paytaxtı Təbriz olsun!” və digər şüarlar səsləndirib.

Eturazçılar İran səfirliyi qarşısında aksiyanın qətnaməsini oxuyub. Lakin səfirlik qətnaməni qəbul etməyib.

Sənəddə deyilir ki, İran hökuməti bu ölkədə yaşayan azərbaycanlı milli-mədəni fəallara qarşı son aylar təzyiqlərini artırıb.

“Milli-mədəni fəallardan Abbas Lisaniyə 8 il, Kazım Səfabəxşə 13 il həbs verilib. Bundan başqa 3 illik həbs müddəti başa çatan Siyamək Mirayi hələ də azadlığa buraxılmayıb. Həmid Allahverdi 7 ay, Səhənd Məaliyə isə 10 ay həbs verilib. “Yol-Press” media orqanı, “Açıq Yol” dərgisi bağlanıb,” qətnamədə deyilir.

Həmçinin yoxlayın

Qazaxın azad edilən kəndində Azərbaycan bayrağımı qaldırıldı

GADTB: Qazaxın erməni işğalından azad edilən Aşağı Əskipara kəndində Azərbaycan bayrağı dalğalandırılıb. Bu barədə “Azadlıq” …

23 Aprel Türkiyə Milli Suverenlik və Uşaq Bayramı günüdür

GADTB: Türkiyə Böyük Millət Məclisinin (TBMM) açılışı münasibətilə təsis edilən bu bayram Türkiyə xalqının ulu …

Bir cavab yazın