Cümə , Aprel 19 2024
azfa

GADTB başqanı Əjdər Tağızadənin Ağdamın azad edilməsi münasibətilə təbrik mesajı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbacan Demokratik Türk Birliyi (GADTB) başqanı sayın Əjdər bəy Tağızadə Ağdam şəhəri və ətraf kəndlərinin erməni işğalından azad olunması münasibətilə Azərbaycan prezidenti, Azərbaycan türk milləti və dünya türklərini təbrik edib.

Sayın Əjdər bəyin təbrik mesajının bir hissəsində bildirilir ki, Ali Baş Komandanın qətiyyəti və şanlı Azərbaycan ordusunun xüsusi igidlik göstərməsilə işğalçı Ermənistan təslim olmağa məcbur qaldı. Nəticədə 27 ildir erməni işğalında olan Ağdam şəhəri və bir çox kəndləri artıq bu gün azad edildi və müzəffər Azərbaycan ordusu həmin Azərbaycan ərazilərini nəzarəti altına aldı.

GADTB vətənimiz Azərbaycanın bu qələbəsini sevincə qarşılayıb, bu münasibətlə Azərbaycan prezidenti, Azərbaycan türk milləti və Türk Dünyasını təbrik edirik.

Yaşasın Azərbaycan ordusu!

Qarabağ Azərbaycandır!

Əjdər Tağızadə

Güney Azərbacan Demokratik Türk Birliyi (GADTB) başqanı

Həmçinin yoxlayın

Cenevrədə ilk “Türk Həftəsi” keçiriləcək

İsveçrənin Cenevrə şəhərində 22-25 aprel tarixlərində ilk “Türk Həftəsi” keçiriləcək. Türk Dövlətləri Təşkilatı (TDT) tərəfindən …

Erməni işğalında olan Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

GADTB: Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib. Bu barədə aprelin 19-da …

Bir cavab yazın