Cümə axşamı , Oktyabr 29 2020
azfa

GADTB başqanı Əjdər Tağızadənin Azərbaycan ordusunun Ermənistanın cəbhədə təxribatına layiqli cavabı ilə bağlı bildeirişi

GADTB: İşğalçı Ermənistan beynəlxalq hüququn bütün normalarını pozaraq Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazilərinin Dağlıq Qarabağ da daxil olmaqla 20 faizini 30 ilə yaxındır işğalda saxlayır. Ermənistan işğal etdiyi Azərbaycan ərazilərində soyqırım və etnik təmizləmə həyata keçirib. Nəticədə bir milyondan artıq azərbaycanlı öz yurd-yuvasından didərgin düşüb. BMT-nin Təhlükəsizlik Şurasının işğalçı Ermənistan ordusunun dərhal və qeyd-şərtsiz Azərbaycanın işğal olunmuş ərazilərini boşaltması zərurəti haqqında 4 qətnaməsi 27 ildir Ermənistanın qeyri-konstruktiv mövqeyi üzündən icra edilmir. Həmçinin dünyanın digər mötəbər beynəlxalq təşkilatlarının da oxşar qətnamələri icra edilmir. Eyni zamanda işğalçı Ermənistan müxtəlif təxribatlar törətməklə sülh prosesini uzatmağa cəhd göstərir. Artıq Ermənistanın qeyri-konstruktiv mövqeyi nəticəsində münaqişənin müzakirə yolu ilə həlli prosesi tamamilə dayanıb.

İşğalçı Ermənistan həmçinin işğal etdikləri Azərbaycan ərazilərində Suriya, Livan, İraq və s. ölkələrdən gətirdikləri erməniləri qanunsuz şəkildə məskunlaşdırır. Eyni zamanda PKK, ASALA və s. terror təşkilatlarını Azərbaycanın  Dağlıq Qarabağ və işğal olunmuş digər bölgələrinə yerləşdirib və tez-tez terror və təxribat törətməklə Azərbaycanın dinc əhalisini öldürür. Azərbaycan haqlı olaraq həm BMT-nin Təhlükəsizlik Şurasının, eləcə də digər beynəlxalq təşkilatların qeyd etdiyimiz qətnamələrini icra etməli və həm də işğalçı Ermənistan tərəfindən terror yuvasına çevrilmiş işğal olunmuş ərazilərini terrorçulardan təmizləməlidir. Bu beynəlxalq hüququn bütün norma və prinsiplərinə uyğundur.

Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) hazırkı dövrdə Azərbaycan ordusunun ermənilərin Azərbaycanın işğal olunmuş ərazilərində yeni hərbi təcavüzünə və Azərbaycanın dinc əhalisinə qarşı terror və təxribat törətmələrinə qətiyyətli cavabı və əks hücumunu çox düzgün addım kimi dəyərləndirir. GADTB bu istiqamətdə Azərbaycan ordusunun Azərbaycanın işğal olunmuş ərazilərini antiterror əməliyyatı ilə terrorçulardan təmizləyib azad etməsini düzgün və beynəlxalq hüququn normalarına uyğun addım kimi dəstəkləyir.  Bu haqq işdə Azərbaycan dövlətinin və Azərbaycan ordusunun yanındayıq və onlara uğur diləyirik.

Əjdər Tağızadə

Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) başqanı

Həmçinin yoxlayın

Ermənistanın 3-cü ordu korpusunda üsyan başladı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Ermənistanın 3-cü ordu korpusunun alaylarından birində qiyam baş …

Abdullah Səduqi və Əkbər Mühaciri vəsiqə qarşılığında zaminə buraxılıblar

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Ermənistanın Azərbaycana hərbi təcavüzünü pislədiyinə görə İranın yaxaladığı …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir