Cümə axşamı , Mart 28 2024
azfa

GADTB başqanı Əjdər Tağızadənin Türk komandanların Azərbaycana gəlişi ilə bağlı mesajı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) başqanı sayın Əjdər bəy Tağızadənin Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar, Baş Qərargah rəisi Yaşar Güler, qoşun növü komandanları və digər yüksək rütbəli zabitlərin Azərbaycana gəlişi ilə əlaqədar Türk paşalarına xoşgəldin mesajı ünvanlayıb.

Sayın Əjdər bəyin mesajında deyilir ki, “Türk ordusu Azərbaycan ordusu kimi bizim öz ordumuzdur və Azərbaycanın çətin günlərində tarixən türk ordusu Azərbaycanın yanında olmuşdur. İndiki şəraitdə türk paşalarının Azərbaycana gəlişi türk düşməni olan rusun və farsın əlaltılarına çox aydın mesajdır. Türk komandanları, türk paşalarına Azərbaycana gəlişi münasibətilə xoşgəldin deyirik”.

Qeyd edək ki, türk komandanları Azərbaycan-Türkiyə quru qoşunları və hərbi hava qüvvələrinin birgə təlimlərinin Yüksək Səviyyəli Müşahidəçi günü çərçivəsində birinci mərhələsinin son epizodunu izləyəcək.

Həmçinin yoxlayın

Təbrizin tarixi bazarında restoran və kafelər bağlandı

 GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, son bir neçə gündə Təbrizin tarixi bazarında fəaliyyət …

Qərbi Azərbaycan İcması İrəvanı Fransanın oyunlarına getməməyə səslədi

GADTB: Qərbi Azərbaycan İcması Ermənistan hökumətini və ictimaiyyətini tarixdən dərs çıxararaq, Fransanın oyunlarına getməməyə çağırıb. …

Bir cavab yazın