Şənbə , Aprel 20 2024
azfa

GADTB başqanı Əjdər Tağızadənin Fransa senatının Azərbaycanın Dağlıq Qarabağ bölgəsini müstəqil dövlət kimi tanıması barədə bildirişi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) başqanı sayın Əjdər bəy Tağızadə Fransa senatının Azərbaycanın ermənilər tərəfindən işğal edilmiş Dağlıq Qarabağ bölgəsini müstəqil dövlət kimi tanımağa səs verməsi barədə bildiriş yaymışdır.

Bildirişdə deyilir ki, müzəffər Azərbaycan ordusunun qələbəsindən sonra erməni işğalçılarının işğal etdiyi Azərbaycan ərazilərini boşaltmağa razılaşdığı bir vaxtda Fransa senatının bağlanan sülh sazişini pozmağa yönələn və beynəlxalq qanunlara zidd olaraq Azərbaycanın ərazi bütövlüyünə qəsd hesab edilən Azərbaycanın Dağlıq Qarabağ bölgəsini müstəqil dövlət kimi tanımağa səs verməsini dağıdıcı və sülhə təhdid hesab edilən addım kimi pisləyirik.

Ermənipərəst Makronun əlində oyuncağa çevrilən Fransanın və Fransa senatının BMT-nin nizamnaməsinə və BMT-nin Təhlükəsizlik Şurasının Azərbaycanın işğal edilmiş ərazilərinin qeydsiz-şərtsiz boşaldılması və Azərbaycanın ərazi bütövlüyünün bərpa edilmə zərurətinə dair qəbul etdiyi 4 qətnaməyə zidd qərar qəbul etməsi Fransanın tarix boyu bəşəriyyətə qarşı törətdiyi müstəmləkəçilik, soyqırım və cinayətkar siyasətindən əl çəkmədiyi və XXI əsrdə fransızların tarixinə daha bir qara səhifə yazmağa çalışdığını sübut etdi. Lakin Fransa dövləti Fransa senatının bu cinayətkar addımını rədd etməsə və bu cinayətin kompensasiyası yerinə Azərbaycanın ərazi bütövlüyünə qarşı qəsdə cəhd göstərərsə, o zəman Azərbaycan, Türkiyə, digər türk dövlətləri və türkün haqq mövqeyini dəstəkləyən dövlətlər tərəfindən Fransada yaşayan minlərcə başqa millətlərin, xüsusilə Fransadan ayrılıb müstəqillik arzusunda olan Alsace, Lorraine, Moselle, Bretagne və Korsika bölgələrinin müstəqilliyini tanımaq istiqamətində adekvat addımın atılması gündəmə gələcək.

Güney Azərbacan Demokratik Türk Birliyi (GADTB) Fransanın bu cinayətkar və beynəlxalq qanunlara zidd addımının Fransanın öz başında çatlayacağına xəbərdarlıq edərək, dərhal bu qanunsuz qərarın rədd edilməsinə çağırır.

Əjdər Tağızadə

Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) başqanı

Həmçinin yoxlayın

Türkiyə Azərbaycan və Ermənistan arasındakı anlaşmanı alqışladı

GADTB: Türkiyə Azərbaycan və Ermənistan arasındakı 4 kəndin qaytarılmasına dair anlaşmanı alqışlayıb. Türkiyə Xarici İşlər …

Molla rejimi həbs etdiyi Kərim İsmayılzadəyə dərmanlarının çatdırılmasına mane olub

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, irqçi fars-molla rejimi Kərim Bokserin dərmanlarının zindanda ona …

Bir cavab yazın