GADTB başqanı sayın Əjdər Tağızadənin Əbülfəz Elçibəyin vəfatının ildönümü münasibətilə mesajı

GADTB: Görkəmli şəxsiyyət, keçmiş prezident Əbülfəz Elçibəy Azərbaycan Milli Azadlıq Hərəkatının lideri olmaqla yanaşı, Bütov Azərbaycan İdeyasının başında dayanan Quzey və Güney Azərbaycanın milli oyanışı və Bütöv Azərbaycan ideyasının yayılmasında müstəsna xidmətləri olan tarixi şəxsiyyət idi. Onun ən əsas fərqləndirici özəlliyi tam sədaqət və səmimiyyətlə Bütov Azərbaycan İdeyasına qulluq etməsi və Güney Azərbaycanı Bütöv Azərbaycanın və Türk dünyasının açarı kimi səciyyələndirməsi idi. Təsadüfi deyildir ki, Elçibəy Qarabağın azad edilməsinin yolunun Təbrizdən keçdiyini deyirdi.

Müstəqil Azərbaycanın Azərbaycan Xalq Cümhuriyyətinin davamı olaraq dövlət rəmzlərini müəyyənləşdirən, Azərbaycanın bütövləşməsi uğrunda hərəkatın istiqamətini müəyyən edən Elçibəy Azərbaycan türk millətinin əbədi lideri olaraq qalacaq. “Bütöv Azərbaycanın yolu Təbrizdən keçir” şüarının müəllifi, Güney Azərbaycanın əsarətdən qutulması ideyasını gündəmə gətirən ilk rəsmi şəxs kimi tarixə keçən Elçibəy bütün azərbaycanlıların fikir və düşüncə atası kimi hər zaman qəlblərdə yaşayacaq.

Bu gün bu dahi şəxsiyyətin vəfatından 20 il keçir. GADTB Güney Azərbaycanın istiqlalı və bütöv Azərbaycanın yaranmasında Elçibəy yolunu və ideyalarını davam etdirir və bu prinsiplərə hər zaman sadiqlik nümayiş etdirəcək.

Əjdər Tağızadə

Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) başqanı

Həmçinin yoxlayın

Traxturun xanım tərəfdarları stadiona gələ biləcək

GADTB: Şərqi Azərbaycan əyalətində Traxtur futbol komandasının qadın tərəfdarlarının  stadiona girişinə icazə verilib Bu haqda …

Azərbaycanlı fəal Əhəd Seyfxah zaminə buraxıldı

GADTB: Azərbaycanlı milli fəal Ayaz Seyfxahın qardaşı Əhəd Seyfxah dünən Təbrizin mərkəzi zinanından istintaq prosesinin …

Bir cavab yazın