Çərşənbə axşamı , Aprel 23 2024
azfa

GADTB başqanı sayın Əjdər Tağızadənin 15 Sentyabr Bakının türk ordusunun yardımı ilə erməni işğalından azad edilməsi münasibətilə bildirişi

GADTB: Bu gün rusun erməni işğalçılarını himayə etdiyi kimi 102 il öncə də ermənilər rusların yardımı ilə Azərbaycan ərazilərini, o cümlədən Bakını işğal edib Azərbaycan türklərinə qarşı soyqırım törətmişlər. 1918-ci ilin aprel-mart aylarında Bakını Azərbaycandan qoparmaq istəyən rus-erməni birləşmələri şəhəri əlinə keçirdi. Osmanlının özünün də Rusiya və bir sıra Qərb dövlətlərini hücumuna məruz qalmasına baxmayaraq, işğal edilmiş Bakı sırf türk ordusunun yardımı ilə 15 sentyabrda azad edildi.

Təkcə Bakının deyil Quzey Azərbaycanın müxtəlif əraziləri və Şərqi Anadolu ilə yanaşı Güney Azərbaycanın qərb bölgəsi də Rusiya və adları çəkilən Qərb dövlətlərinin himayəsi ilə təşkilatlandırılan erməni, aysor və kürdlərin əlilə dəhşətli soyqırıma məruz qaldı. Təkcə Urmiya, Salmas və Xoy bölgəsində rəsmi statistikaya görə 200 min Azərbaycan türkü soyqırıma məruz qaldı.

Hər tərəfdən Rusiya və Qərb dövlətlərinin hücumuna məruz qalan Osmanlı Türkiyəsi bu ağır şəraitdə ermənilər tərəfindən soyqırım məruz qalan Şərqi Anadolu, Quzey Azərbaycan və Güney Azərbaycanda türklərin tamamilə məhv edilməsinin qarşısını almaq üçün hərəkətə keçdi. 1918-ci ildə Şərqi Anadolunun işğaldan azad edilməsindən sonra Qafqaz İslam Ordusu Nuru Paşanın başçılığı ilə Quzey Azərbaycana daxil olub, Azərbaycan Xalq Cümhuriyyətinə yardıma gəldi, sentyabr ayının 15-də var olan paytaxtımız Bakı erməni-bolşevik işğalından azad edildi və Azərbaycan Xalq Cümhuriyyətinin paytaxtı Bakıya köçürüldü.

Qafqaz İslam Ordusu ilə yanaşı Osmanlı ordusunun digər bir hissəsi də Güney Azərbaycana daxil olub, Xoy şəhərinin işğal edilməsinin qarşısını almaqla yanaşı sentyabrın ortalarında Salması və sentyabrın sonlarında isə Urmiyanı erməni-aysor işğalından qurtardı.

Həmin dövrdə Türk ordusu necə yardıma gəlmişdisə, günümüzdə də Türk ordusunun yardımını hiss etmək mümkündür. Son günlər Tovuz hadisələrində rulsların dəstəyini alan ermənilərin hücumu zamanı Türkiyə və türk ordusu açıq şəkildə Azərbaycanı dəstəklədi. Bu dəstəyini Azərbaycanda təlimlər keçirməklə açıq ifadə elədi və sübut etdi ki, türk ordusu hər zaman Azərbaycan türkünün yanındadır.

Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) 15 sentyabr zəfəri münasibətilə Qafqaz İslam Ordusu və Nuru Paşanın xatirəsini böyük sayğı ilə anır, Azərbaycan-türk millətini təbrik edir və Türk ordusunun Azərbaycana gəlişi və dəstəyini yüksək dəyərləndirir.

Əjdər Tağızadə

Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) başqanı

Həmçinin yoxlayın

Güney Azərbaycanın Sayınqala bölgəsində Azərbaycan türkcəsində yazılmış lövhələr yığışdırılıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, irqçi fars-molla rejimin əlaltıları Güney Azərbaycanın Sayınqala bölgəsində …

Güney Azərbaycan şəhərlərində pensiyaçılar etiraz aksiyaları keçirdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, Güney Azərbaycanın Şərqi və Qərbi Azərbaycan, Ədəbil, Həmədan …

Bir cavab yazın