Şənbə , Aprel 20 2024
azfa

GADTB başqanı sayın Əjdər Tağızadənin 8 mart Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik mesajı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) və Güney Azərbaycan İstiqlalçılar Birliyi (GAİB) başqanı sayın Əjdər Tağızadə 8 mart Beynəlxalq Qadınlar Günü münasibətilə Güney Azərbaycan və Türk Dünyasının xanımlarına təbrik məktubu ünvanlayıb.

Sayın Əjdər Tağızadənin təbrik mesajının bir hissəsində deyilir:

Güney Azərbaycan və Türk Dünyasının hörmətli xanımları!

Sizi 8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə ürəkdən təbrik edir, hamınıza cansağlığı, ailə səadəti və uğurlar arzulayıram.

Güney Azərbaycan da daxil olmaqla Bütöv Azərbaycan və Türk Dünyasında qadının çox müqəddəs yeri vardır. Türk cəmiyyətində qadın hər zaman bərabərhüquqlu şəxsiyyət kimi qəbul edilib, bunun əksi heç vaxt düşünülməyib və əməldə də qadına həmişə yüksək dəyər verilib. Azərbaycan türk milləti  də daim qadına yüksək dəyər vermiş və bu gün də Güney Azərbaycanda türk xanımı türk kişisi ilə birlikdə öz millətinin azadlığı uğrunda mübarizə aparır. İran adlanan dövlət ən adi hüquqları belə məhdudlaşdırılmış türk qadını üçün əsl zindan rolunu oynayır. Lakin türk qadını bu haqsızlığa qarşı əzmlə mübarizə aparmaqdadır. Bütün türk qadınlarının, o cümlədən Azərbaycan xanımlarının və işğalçı İran əsarətinə qarşı vətənimizin müstəqilliyi uğrunda mübarizə aparan bütün xanımlarımızın Beynəlxalq Qadınlar Günü qutlu olsun.

 Əjdər Tağızadə

Güney Azərbaycan Demokratik Türk Birliyi başqanı

Həmçinin yoxlayın

Terrorçu kürdlərin Sulduzda soyqırım törətmələrinin ildönümü ilə bağlı aksiya

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, aprelin 20-də Urmiyada Sulduzda terrorçu kürdlərin törətdiyi soyqırımla …

Cenevrədə ilk “Türk Həftəsi” keçiriləcək

İsveçrənin Cenevrə şəhərində 22-25 aprel tarixlərində ilk “Türk Həftəsi” keçiriləcək. Türk Dövlətləri Təşkilatı (TDT) tərəfindən …

Bir cavab yazın