Cümə , Aprel 19 2024
azfa

GADTB başqanı sayın Əjdər Tağızadənin Abbas Lisani və ailəsinə baş sağlığı mesajı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) başqanı sayın Əjdər bəy Tağızadə tanınmış azərbaycanlı fəal və siyasi məhbus Abbas Lisaninin qayınatasının dünyasını dəyişməsi münasibətilə sayın Abbas bəy və ailəsinə başsağlığı mesajı ünvanlayıb.

Sayın Əjdər bəy Abbas bəy Lisani və həyat yoldaşı Rüqəyyə xanım Məhəmmədəlizadəyə başsağlığı verdikdən sonra irqçi və işğalçı fars rejimin bütün insani qayda-qanunları tapdayaraq Abbas bəyə dəfn mərasimində iştiraka icazə verməmələrini pisləmişdir.

Sayın Əjdər bəy Tağızadənin Lisani ailəsinə başsağlı mesajının davamında deyilir: “İrqçi-işğalçı İran rejimi Azərbaycan türk millətinin tapdanmış hüquqlarının bərpası və Güney Azərbaycanın irqçi fars əsarətindən qurtarması uğrunda şərəfli və qanuni fəaliyyətləri qarşısında Abbas Lisani və başqa azərbaycanlı fəalları şərləyib zindanlara atmaqla Azərbaycan türk millətini istiqlal və azadlıq yolundan döndərə bilməyəcək.

Fars-molla rejimi o qədər insani keyfiyyətlərini itirmiş və cinayətkar-terrorçu rejimə çevrilmişdir ki, Çindən Güney Azərbaycana və və azərbaycanlı fəalları həbs etdikləri zindanlara koronavirusu yaydıqdan sonra qəsdən azərbaycanlı fəalları və siyasi məhbusları, o cümlədən Abbas bəy Lisanini də müvəqqəti məzuniyyətə buraxmamışdır. Lakin rejimin bütün bu qəddarlıqları və cinayətləri azərbaycanlı fəalların və Azərbaycan türk millətinin əzimini qıra biməyəcək.”

Həmçinin yoxlayın

Belçika, Niderland, İsveç və Çexiya da SEPAH-ı terror təşkilatları siyahısına əlavə etmək istəyirlər

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, Belçika, Niderland, İsveç və Çexiya da SEPAH-ı terror …

Türkiyə-Rusiya Birgə Mərkəzin fəaliyyəti dayandırılır

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, Ağdamda Türkiyə-Rusiya Birgə Mərkəzin fəaliyyəti dayandırılır Bu barədə …

Bir cavab yazın