GADTB başqanı sayın Əjdər Tağızadənin Elazığ zəlzələsilə bağlı Türkiyə dövləti və türk millətinə başsağlığı mesajı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) başqanı sayın Əjdər bəy Tağızadə Elazığ zəlzələsilə bağlı Türkiyə dövləti və böyük türk millətinə başsağlığı mesajı ünvanlayıb.

Sayın Əjdər bəyin başsağlığı mesajının bir hissəsində deyilir: “Türkiyənin Elazığ vilayətində baş vermiş zəlzələ və dəhşətli təbiət fəlakətində çox sayda insan dünyasını dəyişib və ya yaralanmışdır. Türk millətinə dəhşətli fəlakət baş vermişdir. Bu fəlakət hər bir türk kimi bizi də üzmüşdür. Türkiyəmizin sevinci bizim sevincimiz, kədəri isə bizim kədərimizdir.

Zəlzələdə dünyasını dəyişmiş bütün soydaşlarımızın yaxınlarına səbir diləyir və bütün Türkiyə dövləti və türk millətinə dərin hüznlə başsağlığı veririk.

Türk millətinin başı sağ olsun

Əjdər Tağızadə

Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) başqanı

Həmçinin yoxlayın

Zərşuran kəndində əhali etiraza qalxıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, Qərbi Azərbaycan əyalətinin Zərşuran kəndində azərbaycanlı əhali martın …

İran Araz çayının radiasiya ilə çirklənməsini inkar edir

GADTB: “Arsheh Online” saytı xəbər verir ki, Araz çayı çirklənib və Ərdəbil əyalətin xərçəng xəstəliyinə …

Bir cavab yazın