GADTB başqanı sayın Əjdər Tağızadənin Ermənistanın Azərbaycana yeni hərbi təcavüz faktını pisləməsinə dair bildirişi

GADTB: İşğalçı Ermənistanın Azərbaycan Respublikasının 20 faizdən çox ərasizini işğalda saxlaması bəs deyil, indi də Tovuz məntəqəsindən Azərbaycan dövlət sərhədini pozması və Azərbaycan milli ordusunun əsgərlərini şəhid etməsi beynəlxalq səviyyədə tanınan dövlət sərhədlərini pozulması və hərbi təcavüzdür. Haqlı olaraq Azərbaycan ordusu Putinin erməni əlilə Türkiyə və Azərbaycan dövlətləri, eləcə də Azərbaycan türk millətinin səbrini sınağa çəkməyə cəhdinə sarsıdıcı cavab vermişdir.

Putinin yeni ərazi iddiaları fonunda rus əlatısı olan ermənilərin yeni təcavüzü regionda həmçinin Türkiyənin, Güney Azərbaycanda türk millətinin, hətta Kərkük türkmənlərinin belə sərt təpkisi ilə qarşılanmışdır. Sözsüz ki, türk düşməni olan rus və ermənin layiqli cavabı verilməsə onların yeni təcavüz və işğalçılıq siyasətini təcrübə etməli olacağıq. Bunu nəzərə alaraq Azərbaycan ordusuna rus istəyi ilə dur əmri verilməməlidir.

Azərbaycanın işğal olunmuş ərazilərindən onlarla kilometr kənarda – Tovuda baş verən yeni təcavüz faktını pisləyən Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) bildirir ki, BMT-nin Təhlükəsizlik Şurasının Azərbaycanın 20 faiz işğal olunmuş ərazilərinin qeydsiz-şərtsiz boşaldılmasına dair 4 qətnaməsini hələ də işğalçı Ermənistanın icra etməməsi, Azərbaycana öz ordusu hesabına işğal olunmuş ərazilərini azad edib, ərazi bütövlüyünə bərpa etməyə tamailə haqq verir. Həm Güney Azərbaycanda türk milləti, həm də Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) bu haqq işdə Azərbaycan dövlətinin yanındadır və Azərbaycan torpaqlarının yeganə azadlıq yolunu Azərbaycan ordusunun ermənilərin terror yuvasına çevirdiyi Azərbaycanın işğal olunmuş ərazilərində antiterror əməliyyatına başlamasında görür.

Ordumuza bu haqq yolda uğurlar, şəhidlərimizə rəhmət diləyirik.

Əjdər Tağızadə

Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) başqanı

Həmçinin yoxlayın

Təbrizin tarixi bazarında restoran və kafelər bağlandı

 GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, son bir neçə gündə Təbrizin tarixi bazarında fəaliyyət …

Qərbi Azərbaycan İcması İrəvanı Fransanın oyunlarına getməməyə səslədi

GADTB: Qərbi Azərbaycan İcması Ermənistan hökumətini və ictimaiyyətini tarixdən dərs çıxararaq, Fransanın oyunlarına getməməyə çağırıb. …

Bir cavab yazın