Cümə axşamı , Aprel 18 2024
azfa

GADTB başqanı sayın Əjdər Tağızadənin tanınmış ağsaqqal ziyalı professor Qulamrza Səbri Təbrizinin vəfatı münasibətilə başsağlığı mesajı

GADTB: “Tanınmış azərbaycanlı ağsaqqal ziyalı və şair, Edinburq Universitetinin professoru və Dünya Azərbaycanlıları Konqresi (DAK), Dünya Azərbaycanlıları Əlaqələndirmə Şurası (DAƏŞ) və GAMAC-ın sədri professor Qulamrza Səbri Təbrizi vətənimizin quzey hissəsində Təbriz həsrətilə dünyadan köçdü.

Güney Azərbaycanın baş kəndi Təbrizdən olan dəyərli ziyalı, şair, milli fəal Təbrizdən uzaqda yaşamağa məcbur olsa da Azərbaycana çox böyük xidmətlər göstərmiş, xaricdə azərbaycanlı fəalların təşkiltlanmasında fəal iştirak etmişdir. Təbriz həsrəti və Güney Azərbaycanın istiqlalı arzusu ilə yaşayan professor Qulamrza Səbri Təbrizi Bakıda dünyasını dəyişmişdir. Dəyərli professora rəhmət diləyib ideya və arzularının tezliklə həyata keçməsini arzulayırıq”

Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB)

Həmçinin yoxlayın

Türkiyə-Rusiya Birgə Mərkəzin fəaliyyəti dayandırılır

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, Ağdamda Türkiyə-Rusiya Birgə Mərkəzin fəaliyyəti dayandırılır Bu barədə …

Molla rejimi daha iki azərbaycanlı fəalı prokurorluğa çağırıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, irqçi fars-molla rejimi Güney Azərbaycan Milli Hərəkatının fəallarından …

Bir cavab yazın