Cümə axşamı , Mart 28 2024
azfa

GADTB başqanı sayın Əjdər Tağızadənin ABŞ və Avropa ölkələrinin 40 il sonra İran adlanan ölkənin həqiqi mahiyyətini anlamaları barədə mesajı

GADTB: Dünən nəhayət ki, 40 il sonra ABŞ İran adlanan ölkə ilə bağlı “Strateji yol xəritəsi”ni qəbul edib və işğalçı fars rejiminin İslam İnqilabı Keşikçiləri Mühafizə Korpusu (Sepah) və xüsusilə onun xarici qolu olan Qüds qanadını terrorçu təşkilat kimi tanıdı. Əslində beləliklə işğalçı fars rejimin əsil mahiyyəti yəni dünyada terrorun himayəçisi və mərkəzi olması üzə çıxıb. Sözsüz ki, bu “Strateji yol xəritəsi” İran adlanan ölkəyə qarşı daha geniş və ciddi addım atmağa əsas hesab edilir.

Məlumdur ki, İslam rejimi hakimiyyətə gələn kimi, Tehranda ABŞ-ın bir hissəsi olan səfirliyini işğal edib, 444 gün onun diplomatlarını əsarətdə saxlayandan sonra onlardan bac alıb girovları buraxdılar.

Eyni zamanda Tehran rejimi Səudiyyə Ərəbistanında, Livanda və özəlliklə İraqda onlarla terror əməliyyatı törətməklə çoxsaylı ABŞ əsgərini terror edib öldürdü. Həmçinin Tehran rejiminin 11 sentyabrda Nyu-Yorkda ekiz qüllələrin partladılmasında əlinin olması faktlarla sübut edilib. Tehran rejimi Səddamla Xomeyni arasında müharibədə də Lakerbidə ABŞ-ın təyyarəsinin partladılmasının da Xomeyninin göstərişi əsasında partladıldığı üzə çıxıb.

İşğalçı fars rejim eyni zamanda onların əlindən öz vətənlərini tərk edib Avropa ölkələrinə sığınan rejimin əsarətə aldığı müxtəlif millətlərdən onlarla tanınmış fəalı terror ediblər. Bu zəmində rejimin amilləri də Almaniyada məhkəmədə məhkum edildi.

İndi artıq ABŞ-la yanaşı Avropa Birliyi, xüsusilə Fransa və Almaniya başa düşürlər ki, dünyada terrorun mərkəzi bankası Tehran rejimi olub. Bir neçə gündür artıq ABŞ əsas dövlət adamları da buna etiraf edirlər. İndi artıq başa düşüblər ki, 40 ildir bu terrorist, zalim və müstəmləkəçi rejim əsarətdə saxladığı müxtəlif millətlərə qan udduraraq, İŞİD-dən də qat-qat artıq insanları terrora, qətlə, işgəncəyə və zülmə məruz qoyub.

İndi ABŞ və Avropa dünyada terrorun mərkəzi bankası və beyni ola Tehran rejimini tanıyıblar. Mövcud vəziyyətin təhlili onu göstərir ki, ola bilsin bu dəfə terrorizmi öz mərkəzində boğub, bu rejimdən dəstəyini çəkəcəklər. Artıq  rejimə dünyada yer verilməyəcəyi düşünülür.

 

Əjdər Tağızadə

Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) başqanı

Həmçinin yoxlayın

Urmiya bələdiyyəsi voleybol üzrə Premyer Liqanın final mərhələsinə yüksəlmək ərəfəsindədir

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə,Urmiya Bələdiyyəsinin voleybol komandası bu axşam Premyer Voleybol Liqasının …

Molla rejimin Urmiya gölününü qurutması nəticəsində Urmiya şəhərini duz fırtınası bürüyüb

GADTB: Molla rejimin Urmiya gölününü qurutması nəticəsində Urmiya şəhərini duz fırtınası bürüyüb. Güclü külək Urmiya …

Bir cavab yazın