GADTB Beynəlxalq Əlaqələr Departamentinin sədri və AAAB prezidenti sayın Mikayıl Oytanın 20 Yanvar mesajı-Şəkil

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Dmokratik Türk Birliyi Beynəlxalq Əlaqələr Departamentinin sədri və Avstraliya Azərbaycan Assosasiyası- Birliyi prezidenti sayın Mikayıl bəy Oyta 20 Yanvar faciəsi ilə bağlı xalqımıza müraciət edib. Sayın Mikayıl bəyin mesajını olduğu kimi təqdim edirik:

20 Yanvar faciəsi Sovet və rusların Azərbaycana qarşı düşmənçiliyinin təzahürüdür

1990-cı ilin yanvar ayının 20-də rusların Azərbaycana qarşı həyata keçirdiyi hücumlar unudulmaz cinayətdir və bu siyasət hələ də davam edir. 20 Yanvarda Quzey Azərbaycanda Sovet ordusu tərəfindən əliyalın Azərbaycan milləti hücuma məruz qaldı. 146 nəfər şəhid edildi, 700 nəfər yaralandı, 800 nəfər qanunsuz həbs edildi. Azərbaycanda türk millətinə qarşı törədilən Sovet İttifaqı və onun ordusunun bu cinayəti son günlərini yaşayan imperiyanın ermənilərin xeyrinə Azərbaycana qarşı çirkin niyyətini bir daha ortaya qoydu. Sonaralar həmin erməni-rus işbirliyinin davamında Azərbaycanın əraziləri işğal edildi.

Rus imperiyası hələ 1813-cü ildə Azərbaycanin topraqlarının bir qismini, bir neçə il sonra isə digər bir qismini işğal etdi. Ancaq 1918-ci ildə  Quzey Azərbaycan öz istiqlalını elan edib, müstəqil cümhuriyyət qurdu. Lakin Şərqin ilk demokratik respublikası olan Azərbaycan Xalq Cümhuriyyəti 2 il sonra rus qoşunu tərəfindən işğal edilərək Sovet İttifaqına birləşdirildi. 1990-cı ildə 20 Yanvar faciəsindən sonra rus ordusu Azərbaycan millətinin iradəsi qarşısında yenildi və Azərbaycan öz müstəqilliyini yenidən bərpa etdi. Lakin ruslar ermənilərlə birgə Azərbaycan türk millətinə qarşı düşmənçiliyə davam edərək, Azərbaycanın Dağlıq Qarabağ və 7 ətraf rayonunu işğal etdilər.

Əslində rusların işğalçılıqlarının əsas məqsədi “isti dənizlərə” çıxmaqdır. Lakin XXI əsrdə bunun üçün silahlı ordu ve cinayətə gərək yoxdur və bu əsrdə savaşlar iqtisadi və texnoloji rəqabət sferasında davam edir. Bölgədə təxminən 300 milyon türk əhalisi və onun böyük topraqları var (Qırğızıstan, Özbəkistan, Qazaxıstan, Türkmənistan,  Azərbaycan, Türkiyə, Güney Azərbaycan, Doğu Türküstan ve ….). Onlar böyük iqtisadiyyata malikdirlər, böyük mədəniyyətə və böyük coğrafiyaya sahibdilər. Ruslar ve ermənilər bilməlidilər ki, apardıqları bu irtica siyasəti Azərbaycan Turk Millətinin oyanmağına ve güclənməyinə səbəb olur. Onlar Türk millətinə qarşı yönəltdkiləri siyasəti müsbətə doğru dəyişməli, qonşuluq və dostluq rabitəsi qurmalıdırlar, yoxsa bu problemlərin başqa çözüm yolu mövcud deyil.

20 YANVAR Şəhidlərimizin uğrunda can verdikləri ideyalar davamlı olsun,

Bütöv Azərbaycan ideyası- Güneyli, Quzeyli millətimiz-55 Milyon bir olsun.

Mikayil Oyta

Avstralia Azərbaycan Assosasiyasi- Birliyinin  Prezidenti

Həmçinin yoxlayın

Zərşuran kəndində əhali etiraza qalxıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, Qərbi Azərbaycan əyalətinin Zərşuran kəndində azərbaycanlı əhali martın …

İran Araz çayının radiasiya ilə çirklənməsini inkar edir

GADTB: “Arsheh Online” saytı xəbər verir ki, Araz çayı çirklənib və Ərdəbil əyalətin xərçəng xəstəliyinə …

Bir cavab yazın