Bazar , Yanvar 26 2020
azfa

GADTB İranın Güney Azərbaycanda etirazları qanla boğması ilə bağlı BMT-nin Sulhməramlı Qüvvələrinə müraciət etdi-Şəkil

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) Beynəlxalq Əlaqələr Departamentinin sədri sayın Mikayıl Oyta Güney Azərbaycan və İran adlanan ölkədə əhalinin dinc etirazlarının İranın fars-molla rejimi tərəfindən qanla boğulması ilə bağlı BMT-nin Sulhməramlı Qüvvələrinə müraciət edib.

Müraciətin bir hissəsində deyilir: “Bir həftədən çox 100-dən artıq şəhərdə etirazlar başladığı üçün ölkədə fars-molla rejimi interneti tamamilə kəsib. Aldığımız məlumata görə təkcə Güney Azərbaycanın Təbriz və başqa şəhərlərində 700-dən çox günahsız insan yaxalanıb. Ümumilikdə cinayətkar molla rejiminin 100-dən çox sivil etirazçının birbaşa odlu silahdan atəş açmaqla öldürüldüyü təsdiq edilib.

1925-ci ildə Qacarların Məmaliki Məhrusə ölkəsində Rza xanın çevrilişi ilə şovinist rejim hakimiyyətə gəlib və qeyri-farsları ən ibtidai hüquqlarından məhrum edib. 1979-cu il İslam inqilabından sonra hakimiyyəti ələ alan molla rejimi də pəhləvilərin şovinizm siyasətini davam etdirib. Ona görə son etirazlarda Güney Azərbaycan türkləri, qaşqaylar, bəluçlar, ərəblər və s. qeyri-fars millətlər öz şüarları və bayraqları ilə etiraza qoşulmuşlar.

Güney Azərbaycanın Təbriz, Urmiya və başqa şəhərlərində azərbaycanlılar öz bayraqlarını dalğalandırıb və etirazlarda öz milli istəklərini səsləndiriblər. Lakin molla rejimi bütün xalqların dinc etirazını vəhşicəsinə yatırmaq məqsədilə odlu silahdan istifadə edib.

Buna görə də biz BMT-yə müraciət edərək, BMT-nin Sülhməramlı Qüvvələrinin terrorçu molla rejiminin əliyalın xalqımızın dinc etirazını silahlı hücumla boğması qarşısında yardım və müdaxiləyə çağırırıq. Bu terrorçu və kriminal rejimin silahlı hücumu qarşısında BMT-nin öz Sülhməramlı Qüvvələrini ölkəyə gətirib millətləri, xüsusilə Güney Azərbaycan əhalisini mühafizə etməsini xahiş edirik.”

Mikayıl Oyta

Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) Beynəlxalq Əlaqələr Departamentinin sədri

Məktubun ingiliscə mətni:

Həmçinin yoxlayın

İran molla rejiminin əlaltısı Müqtəda Sədrə qarşı İraqı etirazlar bürüdü-video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran əlaltısı Müqtəda Sədrin çağırışı ilə mitinq keçirən …

GADTB başqanı sayın Əjdər Tağızadənin Elazığ zəlzələsilə bağlı Türkiyə dövləti və türk millətinə başsağlığı mesajı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) başqanı sayın …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir