GADTB-nin 24, 25 sentiyabr günlərində keçirilən Nuyu-York toplantısıyla bağlı rəsmi açıqlaması

GADTB: Əziz Azərbaycan Türk Millətinə

Azərbaycan Milli Hərəkatına,

Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) Nuy-York Konfransında iştirak ədən milli-mübariz bacı-qardaşlarımızın düşündüyü mücadilə yöntəmlərinə sayğımızı bildirərək, O konfransa getməməyimizin nədənlərini aşağıdakı öztətlərlə açıqlayırıq.

  1. Öncədən də qeyd etdiyimiz kimi, Türk və türklük düşməni İrançı-farsçı Mücahid qurumunun nüfüzü altında keçirilən siyasi oturumların arxasında Şiə-farsçı rejimdən daha bətər faşist düşüncə gizlənməkdədir. (Mücahidlərin konfrans sahibi olduğunu Sazeman Mojahedin Khalg İran sitəsinin son nümrələrində bolluca görmək mümkündür. bir örnək stat: Biz Kürd və Azərbaycanlılarla rejimə qarşı ittiad bağladıq!)
  2. GADTB-nin ilk və son sözü İstiqlaldır. İran bütünlüyü xəritəsini simgə edərək konfransa giriş şərti kimi iştirakçıların boynundan asan toplantıda İstiqlalçı prinsipin ortaqlığı olamaz!
  3. Öncə də yaydığımız 15 maddəlik konfrans qətnaməsinin antimilli olduğunu irəli sürmüşdük. O qətnamənin dəyişməz olduğunu yazmışdıq. Bizim bu açıqlamamız bəzi dostlar tərəfindən şantaj sayılmışdır. O dostlar, açıqladığımız 15 maddəlik qətnamənin Mücahidlər tərəfindən olduğunu, ancaq neçə il bundan öncəki Paris mitinqindən oğurladığımızı yazaraq bizi əxlaqsızlıqda ittiham etmişdirlər. Halbuki, həmin qətnamə Nuy-York Konfransının sonunda imzalanmaq üçün iştirakçılara dağıdılmışdır. Ancaq, mücahidlərin siyasi ədəbiyyatını sərgiləyən bu bildirgə bizim soydaşlar və ərəblər tərəfindən imzalanmamışdır. Amerikalı yetgili soydaşlarımızın dirənişini görüncə kobudcasına tərbiyəsizlik edərək “Mənim ölkəmdən… çıxın!” sözünü işlədərək mücahid bildirgəsini bir mənalı olaraq savunmuşdur. (Stat: səmimi, doğru və cəsarətli nəqlinə görə, konfrans iştirakçısı sayın “Haqan Türkelli”nə təşəkkür edirik.)
  4. GADTB-nin 5 üyə və sempatikinin dəvətnamələri  və Amerikaya giriş izinləri əldədir. Bu ki, GADTB tərəfindən Amerika konfransına getmək üçün diləkcə yazılmışdır, bütünlüklə yalan və saxtadır. Əksinə GADTB üyələrinə tək-tək müraciət olunmuşdur. Bu isə, GADTB-nin konfrans öncəsi açıqlamasında da öz əksini taparaq, siyasi qurumlarımızın içinə gizlicə soxulmağın qeyri-əxlaqı olduğunu bəyan etmişdik. GADTB, medialarda yayılan saxta və qondarma sənədlərin yayılmasını həmin əxlaqsızlığın ardı hesab edərək, bu gərəksiz yalanları gənc dostlarımıza yaxışdıra bilmir.
  5. GADTB, bir daha Nuy-York toplantısında iştirak edən soydaşlarımızın tutduqları yola sayğı və hörmətlə yanaşır və elan edir ki, Azərbaycan Milli Hərəkatının qarşısında açılacaq böyük bir dünya vardır. Azərbyacan Türk Millətinin milli talei öz əlindədir. Farsçı faşistlərin soluna da, sağına da, dinçisinə də, Şahçısına da, Mücahidinə də, Xumeniçisinə də inanmaq Azərbaycan Türk Millətinə yaraşmaz. 20-dən artıq imperatorluq və böyük dövlətlər qurmuş bir millətin özgəlik masasına ehtiyacı yoxdur. Azərbaycan Milli Hərəkatının bütün kürəsəl eyləmlərdə tanınması gərəkir. Ancaq, özgür və bağımsız iradə ilə. Boyunbaq qızıldan olsa belə, boyunduruqdur.

Güney Azərbaycanın milli qurtuluşu uğrunda özgürcü savaşçılara eşq olsun.

Yaşasın Azərbaycan Milli Hərəkatı

Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB)

2019-09-29        

Həmçinin yoxlayın

İraqda Xamneyinin ücbatında qətilamlar davam edir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İraq əhalisinin irqçi fars rejimin müdaxiləsi və İrana …

Mustafa Dənizli rəsmən Traxtur klubundan ayrılıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə,  Güney Azərbaycanın “Traxtur” futbol klubunun türkiyəli baş məşqçisi …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir