Çərşənbə axşamı , May 21 2019
azfa

GADTB-nin 31 Mart Azərbaycan Türklərinin Soyqırımı Günü münasibəti ilə bildirişi

GADTB: Ermənilər son iki əsrdən artıq bir müddətdə tarixi Azərbaycan ərazisi və Şərqi Anadoluda türk millətinə qarşı məqsədli şəkildə soyqırımlar törətməkdədirlər. Azərbaycan və Türkiyə ərazisində ermənilərin türk millətinə qarşı soyqırımı törətməsinin məqsədi isə Xəzər dənizi sahillərindən Quzey və Güney Azərbaycan ərazisinin böyük hissəsini, eləcə də Şərqi Anadolunu əhatə etməklə Qara dəniz və Aralıq dənizləri sahillərinədək uzanan böyük bir ərazidə ermənilərə dənizdən dənizə “Böyük Ermənistan” yaratmaq idi. Lakin bu ərazilər Azərbaycan və Türkiyə ərazisi olduğu üçün burada yaşayan əhali də türklərdən ibarət idi. Ona görə də burada yaşayan Azərbaycan türklərini qırmaq və nəticədə demoqrafik dəyişikliyə nail olmaqla ermənilərə dövlət qurmağa real şərait yaratmağa çalışdılar. Bunun nəticəsində isə Şərqi Anadolu və Azərbaycan ərazilərində türklərə qarşı soyqırım törədildi.

1905-1907-ci illərdə ermənilərin Azərbaycan türklərinə qarşı törətdiyi soyqırımın birinci mərhələsindən sonra ermənilər Idünya müharibəsi illəri, xüsusilə 1918-ci ildə Osmanlı dövlətinin şərq hissəsi və Bütöv Azərbaycan (Güney və Quzey Azərbaycan) ərazisində yüz minlərlə türkü soyqırıma məruz qoydular. Güney Azərbaycanda hələ 1918-ci ilin fevral ayının ortalarından başlanan soyqırımı mart ayında daha kəskinləşmiş və avqust ayına qədər davam etmişdir. Quzey Azərbaycanda isə mart ayı, xüsusilə mart ayının 31-i Azərbaycan türklərinin ermənilər tərəfindən soyqırıma məruz qalmasının pik nöqtəsi hesab edilir.

Yalnız Quzey Azərbaycanda dövlətimizin müstəqil olması nəticəsində Azərbaycan türk millətinə qarşı ermənilərin törətdiyi soyqırıma hüquqi qiymət verildi və 31 Mart Azərbaycan Türklərinin Soyqırımı Günü kimi rəsmiləşdi.

Ermənilərin Azərbaycan türklərinə qarşı törətdiyi soyqırımı və işğal siyasətinin günümüzdə də davam etməsini nəzərə alan Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) Azərbaycan dövləti və türk millətinin mənafeyi istiqamətində Azərbaycan türklərinin soyqırımının dünya səviyyəsində tanıdılması üçün əlindən gələni edir və Azərbaycan türk millətini də bu istiqamətdə fəallıq göstərməyə çağırır.

Əjdər Tağızadə

Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) başqanı

 

Həmçinin yoxlayın

Güney Azərbaycan İstiqlalçılar Birliyinin (GAİB) 1 Xordad qiyamı ilə bağlı bildirişi

GADTB: Şübhəsiz hər millətin keçmişində böyük və tarixini dəyişdirən hadisələr olmuşdur. Güney Azərbaycanda türk millətinin …

Rejimin işgəncələrindən qaraciyəri sıradan çıxan Həkimə Əhmədi xəstəxanada yatırıldə

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, yeddi aydan artıq bir müddətdə həbsdə işgəncə edilən …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir