Cümə , Aprel 19 2024
azfa

GADTB-nin 31 yanvar Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadənin doğum günü ilə bağlı bildirişi

GADTB: 31 yanvar Azərbaycan Xalq Cümhuriyyətinin banisi, böyük dövlət və ictimai xadim, siyasətçi və publisist, Azərbaycan türk millətinin dahi öndəri Məhəmməd Əmin bəy Rəsulzadənin doğum günüdür. 1884-cü il yanvarın 31-də Bakının Novxanı kəndində dünyaya göz açan Məhəmməd Əmin Rəsulzadənin bu il 135 illiyidir.

M.Ə.Rəsulzadə Azərbaycan tarixinə həm də Şərq aləmində və Türk Dünyasında ilk demokratik, pluralist və dünyəvi Azərbaycan dövlətini qurmaqla düşüb. Bugünkü müstəqil Azərbaycan dövləti əslində Məhəmməd Əəmin bəy Rəsulzadənin qurduğu Azərbaycan Xalq Cümhuriyyətinin davamıdır.

Türk dünyasında ilk demokratik parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin cəmi 23 ay ömür sürməsinə və Qızıl Ordunun Azərbaycanı işğal etməsi nəticəsində süquta uğramasına baxmayaraq, M.Ə.Rəsulzadənin qurduğu demokratik Azərbaycan dövləti insanlara çox böyük hüquq və azadlıqlar vermişdi. İnsanların bərabərliyi prinsiplərinə əsaslanan Azərbaycan Xalq Cümhuriyyəti hələ Qərbdə belə qadınların seçmək və seçilmək hüququ olmadığı bir vaxtda qadınlara bu hüququ vermişdi.

Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) müstəqil Azərbaycan Respublikasını M.Ə.Rəsulzadənin qurduğu Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi təkcə quzeyli soydaşlarımızın deyil, bütün dünya azərbaycanlılarının dövləti hesab edir. Bu dövlət Güney Azərbaycanda müstəqil Azərbaycan dövlətinin və ümumiyyətlə Bütöv Azərbaycanın yaranması üçün dayaq nöqtəsi, ideya qaynağıdır. GADTB Güneyimizin milli qurtuluşunu yalnız və yalnız istiqlal və cümhuriyyət idarə üsulunda görüb Azərbaycan Xalq Cümhuriyətini özünə nümunə  hesab edir, M.Ə.Rəsulzadənin türkçülük ideallarına sədaqətlə Güney Azərbaycanın müstəqilli və Bötüv Azərbaycanın yaranması uğrunda fəaliyyət göstərməyi özünə şərəf bilir.

Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) başqanı Əjdər Tağızadə

 

Həmçinin yoxlayın

Rafael Qrossi İranın nüvə silahı yaratmağa çox yaxınlaşdığını deyir

GADTB: Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Rafael Qrossi dünən Vyanada Almaniyanın ARD dövlət televiziyasına …

Molla rejimin həbs etdiyi tanınmış azərbaycanlı fəal Pərviz Siyabini məzuniyyətə göndərib

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, irqçi fars-molla rejimi həbs etdiyi Güney Azərbaycan Milli …

Bir cavab yazın