Cümə axşamı , Oktyabr 29 2020
azfa

GADTB-nin Azərbaycanın Qarabağda vətən müharibəsilə bağlı bildirişi

GADTB: Hədəf Qarabağın azadlığıdır. Ordumuz güclüdür. Atəşkəs istəkləri diplomatik duzaqdır!

2 həftədir ki Qarabağın azadlığı uğrunda gedən savaşlar şiddətlə sürməkdədir. Ordumuzun ildırımtək erməni terror ordusunu yandırıb-yaxması sürürkən aciz düşmən Azərbaycanın sivil əhalisini balestik füzələrlə həlak etməyə dəvam edir.

Artıq bəlli olmuşdur ki, Ermənistan öz ərbabları tərəfindən istənilən Atəşkəs İmzasına da etinasızdır. Rusiyanın Moskva şəhərində uzun müzakirədən sonra imzalanan Humanitar Atəşkəsdən dərha sonra Azərbaycanın şəhərlərində sivil əhalinin başına balestik füzə yağdıran terror dövlətinin hər hansı bəşəri əxlaqa dayanmayacağı bir daha bunu göstərmiş oldu ki, ATƏT kimi oydumaca samitlərin Qarabaq üzərində xoş niyyətləri yoxdur. Arxivə qaldırılan dörd kəsin Qətnamə və ardı neçə rəsmi qətnamə taslağının heçə sayılması yalnız Ermənistanın dövlətinə aid olmdığı bəlli olmuşdur. sözsüz ki, erməni arxasını qollayan ATƏT həmsədləri olmasaydı BMT-nin dörd qətnaməsi belə gülünc duruma düşməzdi. Artıq həmin qətnamələrin də ömrü əməkli yaşa çatmışdır. Belə ki, 1993-cü ilin 7 ayı içində MBT-nin Təhlükəsizlik Şurasının bütün 15 üyə ölkəsinin imzası ilə Qarabağ qətnamələrinin ömründən 28 il keçməkdədir. Başqa anlamla ATƏT qurupu 28 ildir ki, dünyanın ən terrorist dövlətinə söz keçirə bilməyir vəya keçirmək istəməyir.

Artıq barışdan yana olan millət və dövlətimizin danışıqlar yolu ilə 30 illik işğala son vermə ümidləri kəsilmişdir. “Biz daha 30 il Qarabağın azadlığı üçün dözə bilmərik!” sözlərilə dünyaya səslənən Azərbaycan prezidenti millətimizin milli iradəsini ortaya qoymuşdur. O, “Ermənistan terror dövlətidir” deyimilə dünyanı idarə etməyə çalışan sömürgən Rusiya, Fransa və Amerika kimi ATƏT eşbaşqanlarını da terrorist törədən dövlətlər kimi tənqid atışınə tutaraq terrorist eəməni dövlətinin önlənməsini ancaq savaş yolunda görmüşdür. İlham Əliyev üzülərək savaşdan ad çəkərkən Emənistan dövlətinin savaşa harınlaşmasının ən böyük nədənlərindən birini də Rusiyanın Ermənistana göndərdiyi ödənişsiz silahlarda görmüşdür. Bütün Türklər üçün bəllidir ki, Rusiya heç zaman Türklərin dostu olmamış və olmayacaqdır. Rusiya bu düşmən tutumunu ilk dövlətçilik çağından üzü bəri göstərmişdir. Rusların Türk dövlətlərinə qarşı zaman-zaman amansız saldırıları tarixin yaddaşından silinməyibdir. 15-ci yüz illiklərdən dirçəlməyə başlayan Rus dövlətçiliyinin hər zaman Türklərə qarşı düşmənçiliyi səngimədən bu günədək sürməkdədir.

Rus dövlətinin Azərbaycan Türk Millətinə və Azərbaycan dövlətçiliyinə qarşı stratejisini hər zaman olduğu kimi eyn şiddətlə sürərkən, onun niyyətinin insancıl olmasına inanmaq çox anlamsızdır. Bu gün Azərbaycan dövlətinin rus dövləti qarşısında dimdik dirənməsinin sonucu pıhlənmiş bir böyük millət və o qədər də köklənmiş Türk dövlətçiliyi olacaqdır. Unutmamaq gərəkir ki, köklü dövlət sahibi olan slaviyanların tarixin dərinliklərinə dayanan bir dövlətləri olmamışdır.     

Davam edən indiki savaşın gedişatına baxdığımızda erməni tərəfinin Azərbaycan qarşısında duruş gətirəcək gücünün olmaması bütün buyutları ilə görünməkdədir. Azərbaycan ordusu cəbhəni sökərkən erməni ordusu uzaqdan dinc şəhərləri və sivil insanları hədəfə tutmaqdadır. Cəbrayəl rayonunun 27 ildən sonra vətənə qayıtması ilə Qarabağın bütünlüklə azad olması siqnalları verilməkdədir. Azərbaycan Türk Milləti azadlıq həyəcanı keçirməkdədir. Dövlət ərkanlarımız böyük ruh yüksəlişi ilə güclü Azərbaycan dövlətini sərgiləyir. Azərbaycan Cümhurbaşqanının son millətə səslənişində göstərdiyi güclü iradə dünyanın bütün medialarında yer aldı. Erməni yanlısı medialarda İlham Əliyev ilə Paşiniyanın qalib-məğlub çıxışları iki ordunun böyük ölçüdə fərqli olduğunu üzə çıxardı. Əliyev böyük zəfərlərdən danışarkən, Paşiniyan ağır itgilərə etiraf etdi. Bu durum sürərkən son günlərdə QƏHRƏMAN ORDUMUZUN irəliləməsinə əngəl olan qaynaqlar yenidən əl-ayağa düşərək “ATƏŞKƏS” duzağı ilə meydan almağa çalışdılar.

Sözsüz ki, barışdan yana olan Azərbaycan dövləti Qarabağın barış yolu ilə qayıtmasını hər zaman istəmiş və istəməkdədir. Elə bu üzdən də, 30 il göz görə-görə Azərbaycanın torpaq bütünlüyünü, milli varlığlnı pozmağa çalışan dövlətlərin Atəşkəs önərilərinə biganə yanaşmayan Cümhurbaşqanımızın “Ermənistana son bir şans veririk!” ifadəsilə Moskvada atəşkəs imazası atılır. Ancaq, nə yazıq ki, bu anlaşmanın yayılması ilə birlikdə erməni vəhşiliyi özünü göstərir və atəşkəs doğulmadan pozulur. Ən maraqlısı isə, Ermənistanın Azərbaycan şəhərlərinə atəşkəs ərəfəsində balestik füzələrlə saldırısına və sivil insanları qətl etməsinə nə Rusiyadan, nə Fransadan və nə də Amerikadan etiraz olunmadı. Bu isə, onu göstərir ki, ATƏT kimi qurumların dərdi Qarabağın qaytarıması yox, Qarabağın Ermənistana bağışlanmasıdır.

Buna görə, GADTB belə hesab edir ki, qəhrəman ordumuz aşağıdakı əlverişli şərtlərə dayanaraq həlledici irəliləyişini sürməlidir:

1-      Ermənistanın atəşkəs pozması ilə, ikinci aldadıcı atəşkəsə fürsət verilməməlidir.

2-      Ermənistan ordusu və dövlətinin sarsıntısını gözə alaraq, Azərbaycan dövləti və milli ordusu üstün mövqedədir.

3-      Əldə edilən strateji nöqtələrin Qarabağa açılan yolların hamarlanmışdır. Artıq Azərbaycan ordusu dörd yandan geniş yürüş meydanları açmağa başlayabilən durumdadır.

4-      Diplamatik yolları qapadan erməni terror dövləti günü-gündən təklənməyə sürüklənir. Bu üzdən Azərbaycanın dinc əhalısını hədəf almaqla nə qədər aqresivləşməsini sərgiləyir. Bu isə, düşmənin bütün alanlarda sarsılmasına yol açır.

5-      Hər nə qədər də əskimiş görünsə, BMT-nin Təhlüsəsizlik Şurasının yaydığı 4 Qarabağ qətnaməsi Azərbaycanın öz torpaqlarında savunma savaşa girməsini qanıtlamaqdadır. Bu isə, özlüyündə Azərbaycan üçün olumlu, Ermənistan üçün ulumsuz faktor hesab olunur.

6-      Azərbaycan ordusunun iki həftəlik hava atəşi qarşısında düşmənin silah-sorsat və moral dağılmasını görürük. Azərbaycan belə davam edərsə Ermənistan ordusunun dayanış gücü tez bir zaman içində tükənəcəkdir.

7-      Ermənistan hakimiyyətinin düşdüyü bataqlıq hər gün artmaqdadır. Bu bataqlığın sonu Ermənistanın təslim olması deməkdir. Ordumuz Erməni terror dövlətinin bu bataqlıqdan çıxmasına izin verməməsi gərəkir.

8-      Azərbaycanın Türkiyə kimi böyük yandaşı vardır. Türkiyənin millət və dövlət gücü millətimizin və dövlətimizin yanındadır. Dünyada iki Türk dövləti kimi bir-birinə yaxın olan başqa örnək yoxdur. Bu isə, Azərbaycan dövləti və milləti üçün danılmaz bir bir imtiyazdır.

9-      Azərbaycanın güneyində millətimizin bütün gündəliyi Qarabağdır. Güney Azərbaycan, fandamentalist farsçı və Türk düşməni rejimin bütün çabalarına qarşı öz qardaşlarını müdafiə edir. Farsçı düşmən rejimin ermənilərə olan bağlantılarını qoparmağa çalışır. Fars rejimi başlı-başına bir insanlıq fəlakətidir. Bu insanlıq fəlakəti ilə savaş aparmaq terrorizmin anası və beşiyi ilə savaş aparmaqdır. Qarabağın qurtuluşu bu qutsal savaşın böyük bir parçasıdır. Bu üzdən Quzey Azərbaycan dövlətimizin Güneydəki 40 milyonluq nüfusuna çox özəl və dərin baxışı olmalı, bir o qədər gözləntisi olmalıdır.

10-    Artıq Azərbaycanın and içmiş düşmənləri belə, erməni terror dövlətinin Türkə qarşı baş təxribatçı olmasından ümidsiz olmuşlar. Tehranın faşist molla rejimi savaşın ilk saatlarında Rusiyadan aldığı silahları İrəvana göndəməsinin şahidi olduq. Günü-gündüz Ermənistan terror dövlətinin yanında olduğunu elan edən baş terrorist farsçı rejimin belə, Ermənistandan üz çevirmə teatrı Azərbaycanın nə qədər güclü durumda olduğunun göstərgəsidir. Belə bir durumda Azərbaycan Dövlətinin gücünə kimsə kölgə salmamalıdır. Qardaş Türkiyənin və öz Güney Azərbaycanın gücünə arxalanaraq Qarabağın taleyinin bir daha erməni ərbablarının – Samitlərin, ATƏT-lərin əlinə düşməsinə izin veriməməlidir. Prezident İlham Əliyev demişkən “Qarabağın azadlığı üçün 30 il daha dözə bilmərik!” 50 milyonluq Azərbaycan Türk Milləti öz dövlət başçısından belə qətiyyət gözləyir. Qarabağın qurtuluşu yalnız milli qudsal savaşımızdan keçir. Savaşın gözəl olmamasını insan olan hərkəs bilir. Ancaq, savaşı çirkin niyyətlərin aracı olmaqdan qurtarmaq üçün savaş gərəkir. Biz insanların bir damla qan dökülməsini istəməzkən insanlığa qənim kəsilmiş Asala, Daşnaqsüyon, PYD, PKK kimi terroristlərin Qarabağda birləşməsinin şahidi oluruq. Bu terror qruplarının birləşməsini sağlayan Rusiya, İran, Fransa kimi terrorist yanlısı dövlətlərin qan sevərliyi savaşların durdurmasına əngəldir. Türk millətinin ədalətli qılıncı hər zaman insanlığın yanında olduğu kimi yenə də barışdan, insanlıqdan yanadır. Azərbaycan daha çox qan dökülməsin deyə, Qarabağın qurtuluşuna əl tapmalıdır. Başqa yolların hamısı duzaqdır. Azərbaycan bu güclü durumunda düşmənlərin masa tələsinə dönməməlidir. 

GÜNEY AZƏRBAYCAN DEMOKRATİK TÜRK BİRLİYİ

YÖNƏTİM QURULU

2020-10-11

Həmçinin yoxlayın

Erməni təcavüzünü pislədiyinə görə İranın həbs etdiyi Məqsud Baqiri Gülzar zaminə buraxıldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Ermənistanın Azərbaycan şiələrinin ərazilərinə hərbi hücumunu pislədiyinə görə …

İşğalçı Ermənistanın iki Su-25 təyyarəsi məhv edildi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Azərbaycan işğalçı Ermənistanın iki Su-25 təyyarəsini məhv etdi. …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir