Çərşənbə axşamı , Aprel 16 2024
azfa

GADTB-nin Qarabağın azadlığı uğrunda səfərbərliklə bağlı bildirişi

GADTB: Quzey Azərbaycanın Qarabağ azadlığı uğruna savaş səfərbərliyi bütün Türk Dünyasında böyük milli ruh yüksəlişinə səbəb olmuşdur. Çoxdan bəri Azərbaycan Türk Millətinin arzu etdiyi Qarabağ azadlığına doğru səfərbərliyin Prizedent İllham Əliyev tərəfindaən səslənilməsi bir mənalı olaraq Quzey və Güney Azərbaycanda, eləcə də Türkiyədə böyük yanqı yaratmış və yaratmaqdadır. Hər gün minlərlə vətəndaşın əskərlik üçün ad yazdırması və ordu alanlarına göndərilməsinə şahidik. Qarabağın Ermənistanın əsas dayaqları olan Rusiya və İran rejimlərinin işğalından azad edilməsi artıq millətimizin başlıca gündəminə çevrilməkkdədir.

Sözsüz ki, Qarabağın azadlığı uğrana savaş səfərbərliyin elan olunması yalnız Quzey üçün deyil, başda Güney Azərbaycan və Türkiyə olmaqla büttün Türk Dünyasını ilgiləndirir. İşğalçı iran adlanan farsçı dövlətin basqısı altında olan və qurtuluş mücadiləsi aparan (Güney) Azərbaycan Milli Hərəkatının ən acil hədəfinin Qarabağın azadlığı olduğunu kimsə dana bilməz! Bu gün Təbrizdə, Urmuda, Ərdəbildə, Tehranda, Kərəcdə, Zənganda və yüzlərcə böyük-kiçik Türk şəhərlərində yüzminlərcə söydaşımızın Qarabağda savaşma arzusunu duymaq bir o qədər də çətin deyildir. Qarabağ eyni zamanda Təkcə Azərbaycanın milli şərəfi yox, həm də Türkiyənin də milli şərəfi sayəlır. Son zamanlarda Türkiyənin bütün milli, siyasi, İqtisadi, habelə ən önəmlisi ordu gücü ilə Azərbaycanın yanında olması dünya gündəmindən düşmür. Türkiyənin Avropa, Rusiya və Amerika qarşısında dimdik dayanması 50 milllonluq Azərbaycan Türk Milləti üçün yeni böyümə üfüqləri açmaqdadır.

Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) hesab edir ki, Güclü Azərbaycan Ordusu və ona strateji və lojestik dəstək olacaq Türk ordusu ilə birlikdə yüzminlərcə Bütöv Azərbaycan könüllüləri az bir zamanda işğal olmuş torpaqlarımızı düşmənlərdən təmizləməyə qadirdi.

Azərbaycan dövləti bu fürsəti doğru dəyərləndirməklə nəyin ki, Qarabağın azadlığını əldə edəcəkdir. Eyn zaman da böyük dövlət olma yolunda tarixi bir dönəmə girməyi bacaracaqdır. Azərbaycan, əlində olan böyük fürsətlərin qaçırılmaması üçün ən önəmli aşağıdakı gərəkcələri hayata keçirməlidir:

  • Başlanılan 5-ci kolonun ortaya çıxması və dövlət içindən təmizlənməsini sürətləndirməlidir.
  • Dövlət içində çətə və mafialara çevrilmiş rus, fars, erməni vb. casusluq şəbəkələrini aradan qaldırmaq üçün millətə müraciət etməlidir.
  • Ən ucuna qədər nüfüz edən rus zehniyyətini dövlət sistemindən uzaqlaşdırmaq gərəkir.
  • Ordu və Polis içində yerləşən gizli rus ajanlarını özgə ölkələrə cacusluq ittihamilə məhkəməyə sövq etdirmək gərəkir.
  • Türk ruhlu Azərbaycan ordusunu əsil Türk övladları əli ilə yönətmək gərəkir.
  • Ümummilli layihə yaymaqla ölkə içi barışı sağlamaq gərəkir. Bu laihəni əsas tutaraq İqtidarla müxalifət arasında bərabər hüquqlu Qarabağ dialoqları keçirilməli, yekun olaraq Qarabağ uğrunda savaş anlaşması imzalanmalıdır.
  • Ordu Baş Komanderi və ölkə Prezidentində himayə mitinqlərinə start verilməlidir. Siyasi meydanlarda ordu və savaş həyəcanı yaradılmalıdır.
  • Millətin arasında sevimsizlik və zorbalıq simgəsi olan polislərin mitiqlərə ancaq uzaqdan gözətçi olmasına əmr verilməlidir.
  •  Quzey Azərbaycan dövləti və ordusu Qarabağ üçün Güneydən gələn gənclərimizi bağrına basmalı və doğma övladları olaraq qəbul etməlidir…

Əziz millətimiz, şərəfli soydaşlarımız!

Qarabağ bizim şərəf, namus və gələcək taleyimizdir. Qarabağın azadlığı dövlətçiliyimizin azadlığıdır. Bu şərəfli yolda yürümək özünü Türk və Azərbaycanlı bilən hər kəsin milli borcudur. Zaman Türkün zamanıdır. Bölgəmizin gələcəyi Ttürkiyə başda olmaqla Türk dünyasınındır. Sözsüz ki, bu böyüklüyün yolu ilk olaraq Qarabağdan və sonra Güney Azərbaycandan keçir. Biz, GADTB olaraq millətimizin və dövlətimizin qudsal qurtuluş savaşının yanındayıq. Baş komanderin birgə VUR ƏMRİ ilə bütün millətimizlə birgə bizdə Qarabağa yürüməyə hazırıq. Qoy erməni PKK köpəklərini bizim üzərimizə saldırsın. Böyük Türk ordusunun qorxusundan erməni daşnaklarına sığınan bu terrorçu köpəklərin sonu Qarabağda olacaqsa nə mutlu bizə!

Yaşasın Türkiyə, Azərbaycan birliyi

Məhv olsun Moskva, Tehran, İrəvan şeytan birliyi       

 Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB)

2020-09-24

Həmçinin yoxlayın

On yeddi yaşlı yeniyetmə Vahid Əsğərinin qeyri-müəyyən vəziyyətdə həbsi davam edir

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, Səhənd şəhərində yaşayan 17 yaşlı məktəbli Vahid Əsğəri …

Qadınlar molla rejimin hicab zorakılığına qarşı dirənməyə davam edir

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, molla rejimi yenidən qadınlara məcburi hicaba görə vəhşilik …

Bir cavab yazın