Cümə , Aprel 19 2024
azfa

GADTB-nin Xarici Əlaqələr Departamentinin sədri Mikayil Oytanın Avstraliyada Atatürkün 79-cu ildönümü mərasimində iştirakı-Şəkil və video

GADTB-nin Mətbuat Mərkəzinin məlumatına görə 2017-ci il noyabr ayının 10-da Avstraliyada Türk Dünyasının böyük öndəri Mustafa Kamal Atatürkün 79-cu ildönümü münasibətilə mərasim keçirilib. Türkiyənin Avstraliyada baş konsulu və s. rəsmilərinin də iştirak etdiyi anım mərasimində GADTB-nin Xarici Əlaqələr Departamentinin sədri sayın Mikayıl Oyta və GADTB-nin Maliyyə Departamentinin sədri sayın Sima xanım iştirak edib.

GADTB və Avstraliya-Azərbaycan Cəmiyyəti tərəfindən tədbirdə iştirak edən sayın Mikayıl Oyta çıxış edərək Atatürkün təkcə Türkiyənin deyil bütün Türk Dünyasına aid olduğunu, 350 milyon dünya türklərinin lideri olduğunu qeyd edib. Mikayıl bəy Atatürkün modern və laik dövlət qurma, eləcə də sülhsevərlik ideyallarının böyük əhəmiyyət kəsb etdiyi qeyd edib. O Güney Azərbaycan türklərinin haqlı müstəqillik mübarizəsinə də toxunub.

Qeyd edək ki, tədbir Avstraliyada 2017-ci il noyabr ayının 10-da Atatürkün 79-cu il dönümü münasibəti ilə Türkiyə, Azərbaycan, Avstraliya və s. ölkələrdən diplomatik nümayəndələr və s. qonaqların iştirakı ilə keçirilib.

 

Sayın Mikayıl bəyin çıxışı:

Tədbirdən bir neçə şəkil:

 

Həmçinin yoxlayın

Cenevrədə ilk “Türk Həftəsi” keçiriləcək

İsveçrənin Cenevrə şəhərində 22-25 aprel tarixlərində ilk “Türk Həftəsi” keçiriləcək. Türk Dövlətləri Təşkilatı (TDT) tərəfindən …

Erməni işğalında olan Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

GADTB: Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib. Bu barədə aprelin 19-da …