Şənbə , Aprel 20 2024
azfa

GADTB rəhbərliyinin Türkiyə və Azərbaycan Respublikasına səfəri – Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyə və Azərbaycan Respublikasında səfərdə olan Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) rəhbərlik heyəti səfərin davamında çox mühüm görüşlər keçirmişlər.

Quzeyli və güneyli Azerbaycanın Türkiyədəki  Dərnəkləri ilə, eləcə də Türk Milli Araşdırma Dərnəyi ve Qazi Üniversitetinin Tarix Fakültəsində sayın Prof.dr.Selma xanım Əfəndi ilə görüş keçirmişlər.

GADTB rəhbərlik heyəti görüşlərin davamında Türkiyə Müdafiə Nazirliyi və Türkiyə Xarici İşlər Nazirliyinin rəsmiləri ilə görüşüblər. Görüşlərdə Güney Azərbaycan məsələsi ətraflı müzakirə edilib.

Görüşlərdə GADTB başqanının birinci müavini sayın Eldar Qaradağlı, GADTB Beynəlxalq Departamentinin sədri sayın Mikayıl Oyta, GADTB Maliyyə, eləcə də Qadın məsələləri Departamentinin sədri sayın Sima xanım və GADTB Türk Dünyası Departamentinin sədri sayın Atilla Bozqurd iştirak edirlər.

Azərbaycan Respublikasına səfərdə isə Azərbaycan Respublikasının Diyaspora Komitəsinin sədri hörmətli Fuad Muradovla görüşən təşkilat rəsmiləri əsasən xaricdə yaşayan azərbaycanlıların diyaspor fəaliyyəti, xüsusilə Avstraliya-Azərbaycan Assosasiyası və İsveç Azərbaycan Federasiyonunun fəaliyyətini müzakirə etdilər.

GADTB rəhbərlik heyəti həmçinin azərbaycanlı millət vəkili sayın Qüdrət Həsənquliyevlə öz partiyasının qərargahında görüşdülər. Bundan əlavə digər partiya funksionerləri və ictimai-siyasi xadimlərlə görüş keçirilmişdir.

Sayın Mikayıl Oyta səfər çərçivəsində bir sıra mətbuat nümayəndələrinə müsahibə vermişlər. Onlardan diyaspor fəaliyyəti ilə bağlı Basta ilə müsahibə təqdim edilir. Aşağıdakı linkdən baxa bilərsiniz:

https://www.facebook.com/watch/?v=348859055667194
https://www.facebook.com/watch/?v=348859055667194

GADTB başqanının birinci müavini sayın Eldar Qaradağlının çıxışı:

Həmçinin yoxlayın

Molla rejimi həbs etdiyi Kərim İsmayılzadəyə dərmanlarının çatdırılmasına mane olub

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, irqçi fars-molla rejimi Kərim Bokserin dərmanlarının zindanda ona …

Sulduzda kürd terrorçuların törətdiyi soyqırım qurbanlarının xatirəsi anılıb

GADTB: Dünən Sulduzda kürd terrorçuların törətdiyi soyqırım qurbanlarının xatirəsi anılıb. Güney Azərbaycan Mili Hərəkatının fəallarından …

Bir cavab yazın