Çərşənbə axşamı , Aprel 23 2024
azfa

GADTB rəsmiləri sayın Mikayıl Oyta və Sima xanım Quzey Qıbrıs Türk Cümhuriyyətinin bayram tədbirinə qatılıblar-Şəkil

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, 15 Noyabr Quzey Qıbrıs Türk Cümhuriyyətinin elanı günü münasibəti ilə bu türk ölkəsinin milli bayramı Avstraliyada qeyd edilib.  

Avstraliyada keçirilən Quzey Qıbrıs Türk Cümhuriyyətinin milli bayram tədbiri və ziyafət mərasiminə  Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) Beynəlxalq Əlaqələr Departamentinin sədri və Avstraliya Azərbaycanlıları Assosasiyasının prezidenti sayın Mikayıl bəy Oyta və GADTB-nin Maliyyə Departamentinin sədri sayın Sima xanım da dəvət edilib.

Tədbirdə Quzey Qıbrıs Türk Cümhuriyyətinin və Türkiyənin konsulları çıxış edərək, Güney Azərbaycan Demokratik Türk Birliyi funksionerlərinin həmin tədbirə qatılmaları üçün onlara təşəkkür ediblər.

Quzey Qıbrıs Türk Cümhuriyyətinin qurulması və aparılan mübarizlərdə fəal iştirak edən türklərə qızıl medal verilib. Tədbir ziyafət mərasimi ilə davam edib.

Həmçinin yoxlayın

23 Aprel Türkiyə Milli Suverenlik və Uşaq Bayramı günüdür

GADTB: Türkiyə Böyük Millət Məclisinin (TBMM) açılışı münasibətilə təsis edilən bu bayram Türkiyə xalqının ulu …

Güney Azərbaycanın Sayınqala bölgəsində Azərbaycan türkcəsində yazılmış lövhələr yığışdırılıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, irqçi fars-molla rejimin əlaltıları Güney Azərbaycanın Sayınqala bölgəsində …

Bir cavab yazın