Cümə axşamı , Mart 28 2024
azfa

GADTB rəsmiləri sayın Mikayıl Oyta və Sima xanım Avstraliyada şəhid türk konsulun anım mərasimində-Şəkil

GADTB-nin Mətbuat Mərkəzinin yaydığı məlumata görə, bu güm 2019-cu il dekabrın 17-i Avstraliyanın Sidney şəhərində ermənilərin 39 il öncə 1980-cı ildə terror etdiyi Türkiyə Baş konsulu Şarık Ariyak və mühafizəçisi ataşe Engin Severin şərəfinə anım mərasimi keçirilib. Tədbiri Türkiyənin Baş konsulluğu düzənləyib.

Sidneydə keçirilən tədbirə Avstraliya Azərbaycan Assosiasının prezidenti, GADTB-nin Beynəlxalq Əlaqələr Departamentinin sədri sayın Mikayıl Oyta və GADTB Maliyyə Departamentinin sədri sayın Sima xanım da qatılıblar.

Bu törənə həmçinin Türkiyə Səfiri cənab Korhan Karakoç və Şəhidimiz Şarik Aryalın qizi  Çala Ariyak və NSW əyalətin baş polisi  ve əyalətin millət vəkilləri ve təhlükəsizlik nazziri qatılmışdır.

Qeyd edək ki, 39 il öncə 17 dekabr 1980-cı ildə tarixində erməni terroristləri tərəfindən Avstraliyanın Sidney şəhərində Türkiyənin baş konsulu Şarık Ariyak və və mühafizəçisi ataşe Engin Sever vəzifə başında şəhid edilmişlər. Bu gün Sidneydə sayın Mikayıl bəy Oyta və sayın Sima xanımın iştirakı ilə həmin türk şəhidlərin xatirəsi anılıb.

Həmçinin yoxlayın

Təbrizin tarixi bazarında restoran və kafelər bağlandı

 GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, son bir neçə gündə Təbrizin tarixi bazarında fəaliyyət …

Qərbi Azərbaycan İcması İrəvanı Fransanın oyunlarına getməməyə səslədi

GADTB: Qərbi Azərbaycan İcması Ermənistan hökumətini və ictimaiyyətini tarixdən dərs çıxararaq, Fransanın oyunlarına getməməyə çağırıb. …

Bir cavab yazın