Cümə , Noyabr 22 2019
azfa

GADTB və GAİB başqanı Əjdər Tağızadə: İran müxalifətinin aparıcı qüvvələri qeyri-farslardır- Səs

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) və Güney Azərbaycan İstiqlalçılar Birliyi başqanı sayın Əjdər Tağızadə Amerikanın səsinə müsahibə verib. Müsahibəni təqdim edirik:

SƏS:

Əjdər Tağızadənin sözlərinə görə, Pəhləvilər dönəmində olduğu kimi bu gün də İran hakimiyyətinə müxalif olan “mərkəziyyətçi təşkilatların” aparıcı qüvvələri arasında qeyri-fars icmalara mənsub çox sayda siyasi fəal var.

“Güney Azərbaycan Demokratik Türk Birliyi” (GADTB) təşkilatının başqanı Amerikanın Səsi ilə söhbətdə “mərkəziyyətçi siyasi təşkilatlar” daxil olmaqla, İslam Respublikasına qarşı mübarizə edən qruplar içində qeyri-fars icmalara mənsub qüvvələrin nüfuzunu dəyərləndirib.

Buna görə ki, Pəhləvi sülaləsinin əsas dayağı Qərb dünyası, özəlliklə Amerika idi, ümumiyyətlə bu qeyri-fars millətlər içində mücadilə verən şəxslər və qruplar sol təmayüllü idi

“Pəhləvi sülaləsinin hakimiyyəti başlarkən qeyri-fars toplumlara qarşı basqılar oldu. Bu, Rza şahın özü ilə başladı və Məhəmməd Rza şah və daha sonra indiki rejim tərəfindən də davam etdirildi,” deyə Əjdər Tağızadə daha ağır basqılara məruz qalan qeyri-fars icmaların daha çox müxalifət sərgilədiklərinə diqqət çəkir.

Siyasi fəalın sözlərinə görə, Pəhləvilərə qarşı “başda Azərbaycan olmaqla, qeyri-fars xalqların yaşadığı bölgələrdə üsyanlar baş verdi. Hətta Rza şahın etnik icmaların bölgələrinə qoşun çəkməsinə dair xatirələri var. O zamanlar zindanlar bütün qeyri-fars millətlərin rəhbərləri ilə dolu idi.”

1979 İslam İnqilabından əvvəl və sonra İranın solçu təşkilatlarında aktiv siyasi fəaliyyət göstərən Əjdər Tağızadə, həmin təşkilatların əsas aparıcı qüvvələrinin qeyri-fars icmalar, xüsusilə türklərdən ibarət olduğunu önə çəkir.

Onun dediklərinə görə, “bütün qeyri-fars millətlər Pəhləvi dönəmində yazılmamış bir ittifaqa yetişmişdilər… Buna görə ki, Pəhləvi sülaləsinin əsas dayağı Qərb dünyası, özəlliklə Amerika idi, ümumiyyətlə bu millətlər içində mücadilə verən şəxslər və qruplar sol təmayüllü idi.”

Bugün də bu mərkəziyyətçi təşkilatların əsas aparıcı adamlarının çoxu qeyri-fars millətlərə mənsubdur. Xüsusilə Xalqın Mücahidləri içində və ya sol təfəkkürlü düşərgədə…

Siyasi fəal əlavə edir, “hətta deyə bilərəm ki, bu gün də bu mərkəziyyətçi təşkilatların əsas aparıcı adamlarının çoxu qeyri-fars millətlərə mənsubdurlar. Xüsusilə Xalqın Mücahidləri içində və ya sol təfəkkürlü düşərgədə, hətta deyə bilərəm ki, bunların əsas qurucularının yüksək faizi xüsusilə Azərbaycandandır.”

Tağızadə qeyri-şiə icmalara mənsub qüvvələrin də İslam Respublikasına qarşı ciddi müxalifət sərgilədiklərini vurğulayır: “Əlavə olaraq, bu gün şiə olmayanlar da var. Bildiyim qədər İranda ən azı 10-15 milyon sünni var. Bunlar da bir şəkildə mübarizə aparır. Bahailər var, Zərdüştlər var.”

Həmçinin yoxlayın

Aydın Mədətoğlu Qasımlı: Azərbaycan Türklərinin İstiqlal Mücahidi – Mirzə Bala Məmmədzadə

GADTB: XIX əsrin ikinci yarısı, XX əsrin əvvəllərində Quzey Azərbaycandan çoxsaylı və güclü mili ziyalı …

Etirazçıların irqçi fars rejimin məclisinin sabiq deputatını öldürdükləri ehtimal edilir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, itkin düşmüş irqçi fars rejimin məclisinin sabiq deputat …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir