Çərşənbə , Aprel 24 2024
azfa

GADTB və GAİB başqanı sayın Əjdər Tağızadənin 21 Azər tədbirində çıxışı-Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, 2018-ci il dekabr ayının 12-də Quzey Azərbaycanda Müsavat Partiyasının qərargahında 21 Azər hərəkatı və Güney Azərbaycanda Azərbaycan Milli Hökumətinin yaranmasının ildönümü münasibətilə tədbir keçirilib.

Tədbir Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) və Güney Azərbaycan İstiqlalçılar Birliyi (GAİB) başqanı sayın Əjdər bəy Tağızadənin təklifi ilə Təşkil edilib.

Tədbiri açan Müsavat başqanı Arif Hacılı ilk sözü GADTB və GAİB başqanı sayın Əjdər bəy Tağızadəyə verib.

Sayın Əjdər Tağızadə Güney Azərbaycanda və İran adlanan ərazidə real vəziyyəti açıqlayaraq, Quzey Azərbaycanda Güneydə gedən müstəqillik uğrunda mübarizəni düzgün dəyərləndirib dəstək olmanın zəruriliyini qeyd edib. Sayın Əjdər bəyin çıxışının videosunu təqdim edirik:

Həmçinin yoxlayın

Molla rejimi Təbrizin Səhənd stadionuna qadınların girişinə qadağa qoydu

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, irqçi fars-molla rejimi Təbrizin Səhənd stadionuna qadınların  girişinə …

Azərbaycan Prezidenti Ermənistanın silahlandırılmasından danışdı

GADTB: Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, biz oturub gözləyə bilmərik. Bu sözləri …

Bir cavab yazın