Cümə , Avqust 14 2020
azfa

GADTB və GAİB başqanı sayın Əjdər Tağızadənin 31 Mart Azərbaycan Türklərinin Soyqırımı Günü münasibəti ilə bildirişi

GADTB: Ermənilər 1905-ci ildən Azərbaycan türklərinə qarşı tarixi Azərbaycan ərazisi və Şərqi Anadoluda məqsədli şəkildə soyqırımlar törətməkdədirlər. Azərbaycan və Türkiyə ərazisində ermənilərin türk millətinə qarşı soyqırımı törətməsinin məqsədi isə Xəzər dənizi sahillərindən Quzey və Güney Azərbaycan ərazisinin böyük hissəsini, eləcə də Şərqi Anadolunu əhatə etməklə Qara dəniz və Aralıq dənizləri sahillərinədək uzanan böyük bir ərazidə ermənilərə dənizdən dənizə “Böyük Ermənistan” yaratmaq idi. Lakin bu ərazilər Azərbaycan və Türkiyə ərazisi olduğu üçün burada yaşayan əhali də türklərdən ibarət idi. Ona görə də burada yaşayan Azərbaycan türklərini qırmaq və nəticədə demoqrafik dəyişikliyə nail olmaqla ermənilərə dövlət qurmağa real şərait yaratmağa çalışdılar. Bunun nəticəsində isə Şərqi Anadolu və Azərbaycan ərazilərində türklərə qarşı soyqırım törədildi.

1905-1907-ci illərdən sonra isə Azərbaycan türk millətinə qarşı soyqırımın ikinci mərhələsi 1918-ci ildə başlamış və ermənilərin türklərin yaşadığı Osmanlı dövlətinin şərq hissəsi və Bütöv Azərbaycan (Güney və Quzey Azərbaycan) ərazisində yüz minlərlə türkü soyqırıma məruz qoyması ən yüksək həddə çatdı. Güney Azərbaycanda hələ 1918-ci ilin fevral ayının ortalarından başlanan soyqırımı mart ayında daha kəskinləşmiş və avqust ayına qədər davam etmişdir. Quzey Azərbaycanda isə mart ayı, xüsusilə mart ayının 31-i Azərbaycan türklərinin ermənilər tərəfindən soyqırıma məruz qalmasının pik nöqtəsi hesab edilir.

Yalnız Quzey Azərbaycanda dövlətimizin müstəqil olması nəticəsində Azərbaycan türk millətinə qarşı ermənilərin törətdiyi soyqırıma hüquqi qiymət verildi və 31 Mart Azərbaycan Türklərinin Soyqırımı Günü kimi rəsmiləşdi.

Ermənilərin Azərbaycan türklərinə qarşı soyqırımı və işğal siyasətinin günümüzdə də davam etməsini nəzərə alan Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) və Güney Azərbaycan İstiqlalçılar Birliyi (GAİB) Azərbaycan dövləti və türk millətinin mənafeyi istiqamətində Azərbaycan türklərinin soyqırımının dünya səviyyəsində tanıdılması üçün əlindən gələni edir və Azərbaycan türk millətini də bu istiqamətdə fəal olmağa çağırır.

Əjdər Tağızadə

Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) və Güney Azərbaycan İstiqlalçılar Birliyi (GAİB) başqanı

Həmçinin yoxlayın

Evin zindanında həbsdə olan azərbaycanlı siyasi məhbuslar: Dövlət televiziyasının yayımladığı reportaj gülünc və yalandır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Evin zindanının 8-ci bölməsində həbsdə saxlanılan azərbaycanlı siyasi …

Yunan gəmisinin Türkiyə gəmisiniə hücumu zərərsizləşdirildi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Aralıq dənizində “Oruc Rəis” gəmisinə qarşı təxribata cəhd …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir