Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) başqanı Əjdər Tağızadənin Türk ordusunun Azərbaycanda hərbi təlimi ilə bağlı bildirişi

GADTB: Türk ordusunun Quzey Azərbaycana təlimlər üçün gəlişi bütün Quzey və Güney Azərbaycanda, türk dünyasında hamıda fərəh doğurmuşdu. Çünki, Türk ordusu türk millətinin ordusudur. Biz 200 ildir rus ordusunun işğalçılığının acınacaqlı nəticələrini Qafqazda və Güney Azərbaycanda görmüşük. Rus ordusunun birbaşa ya özü ya da onun əlaltılarının yırtıcılığını Qafqazda görmüşük. Bu gün öz ordumuz olan Türk ordusunun Qafqaza gəlişi bizim üçün sevindiricidir və ürəyimizdən gələn bir istəkdir.

Ukraynaya soxularaq, xüsusilə gözəl Krımı işğal edərək, eləcə də Azərbaycana nüfuz etmək istəməklə işğalçı Rusiya istəyir ki, imperialist siyasəti ilə yeni imic qazansın. Ona görə də bu gün Türk ordusunun Azərbaycana təlimlərə gəlməsi bizim hamımızın ürəyimizdəndir.

Hələ də Azərbaycan Cümhuriyyətində rus qalıqları və xüsusilə rusa və İrana bağlı olan bəzi qüvvələr Azərbaycana və türkə qarşı təbliğata və qarayaxmaya başlamışlar. Ancaq bu gün qurtuluş müharibəsində Quzeydə və Güneydə Azərbaycan türkü, eləcə də Qazax, Qırğız və başqa türklər birlikdə hərəkət etməlidir.

Nəzərə almaq lazımdır ki, bu gün rus ordusu özünün ən köhnə dəmir parçalarını türk dövlətlərinə baha qiymətə sırıyır və ən güclü silahlarını isə Ermənistana verir. Lakin Türkiyə ordsu dünyanın modern və çağdaş silahlarına malikdir. Türk ordusunun Azərbaycana gəlib və Azərbaycan ordusu ilə təlim keçirməsi, eləcə də Azərbaycan ordusunu modern silahlarla təchiz etməsi bizim hamımızın ürəyimizcədir. Lakin Rusiya özünün türkə qarşı işğalçı və imperialist siyasətindən əl çəkmir və artıq onun vaxtı gəlmişdir ki, Rusiyanın və rus qalıqlarının Qafqazdan və türk dünyasında birdəfəlik atılmasına başlanılsın. Bu gün həm rus işğalçılarının, həm fars irticaçıların, həm də erməni işğalçıların, eləcə də rus və farsa bağlı olan qüvvələrin birdəfəlik axırına çıxmaq üçün Azərbaycan dövləti, Azərbaycan türk millətinin istəyi əsasında Türkiyənin Azərbaycanda hərbi bazalar yaratması bu millətin tarixi istəyidir və vacibdir. Ona görə biz Azərbaycanın güneyindən olan Azərbaycan türkləri də bu əyləmi dəstəkləyirik. Qurtuluş mücadiləmizdə bizə kömək olacaq öz ordumuz olan Türk ordusunun Azərbaycanda olması bizə su və hava kimi zəruri olan bir məsələdir.

Əjdər Tağızadə

Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) başqanı

Həmçinin yoxlayın

Zərşuran kəndində əhali etiraza qalxıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, Qərbi Azərbaycan əyalətinin Zərşuran kəndində azərbaycanlı əhali martın …

İran Araz çayının radiasiya ilə çirklənməsini inkar edir

GADTB: “Arsheh Online” saytı xəbər verir ki, Araz çayı çirklənib və Ərdəbil əyalətin xərçəng xəstəliyinə …

Bir cavab yazın