Cümə , Noyabr 22 2019
azfa

Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) işğalçı fars rejimin Təbrizdə satıcılara divan tutmasını pisləyir

GADTB: İşğalçı və irqçi fars rejim bir tərəfdən Güney Azərbaycanı işğal edərək, müstəmləkə vəziyyətinə salıb, digər tərəfdən isə dünyada apardığı dağıdıcı siyasət yeritməklə əhalini beynəlxalq sanksiyalarla qarşı-qarşıya qoymuşdur. Nəticədə, Azərbaycan türk millətinin müstəmləkə şəraitində çox çətinliklə qurduğu iqtisadiyyat da rejimin dağıdıcı siyasəti nəticəsində böyük zərbə alaraq, dağılmışdır. Belə vəziyyətdə isə əhalinin bir qismi ailəsini halal ruzi ilə dolandırmaq məqsədilə xırda satıcılıqla məşğul olmağa məcbur olmuşlar.

İşğalçı fars rejim isə acınacaqlı vəziyyətə saldığı və satıcılıqla ailəsinə halal çörək qazanan satıcılara divan tutub, onların üzrəinə bələdiyyə, polis və digər güc orqanlarında çalışan əlaltıların yeritmişdir. Dinc əhalinin üzərinə qoşun yeridib, onlara divan tutublar. Lakin xalq da öz yanaşması ilə göstərdi ki, Azərbaycan türk millətinin əhalini bir tikə çörəyə möhtac qoyan bu cəllad rejimə münasibəti necə olacaq.

Güney Azərbaycan Demikratik Türk Birliyi (GADTB) irqçi və işğalçı fars rejimin acınacaqlı vəziyyətə salınmış dinc satıcılara divan tutmasını kəskin şəkildə pisləyib, xalqı rejimə qarşı birləşməyə və bu acınacaqlı müstəmləkə vəziyyətindən qurtarmaq üçün yeganə yolun müstəqillik olduğunu bildirir. GADTB yalnız Güney Azərbaycanın öz müstəqilliyini əldə etməsi ilə bütün zülmlərdən qurtaracağını bildirir.

Əjdər Tağızadə

Güney Azərbaycan Demikratik Türk Birliyi (GADTB) başqanı

Həmçinin yoxlayın

Etirazçıların irqçi fars rejimin məclisinin sabiq deputatını öldürdükləri ehtimal edilir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, itkin düşmüş irqçi fars rejimin məclisinin sabiq deputat …

Pompeo irqçi fars rejimin cinayətlərinin video və şəkillərini göndərməyi tələb etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, ABŞ Dövlət katibi Mayk Pompeo öz Tvitter səhifəsində …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir